Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şimali Qafqaz Federal Universiteti Azərbaycanda riyaziyyat təmayüllü məktəb açıb

© Photo : Пресс-служба СКФУСКФУ открыл математическую школу в Азербайджане
СКФУ открыл математическую школу в Азербайджане - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
ŞQFU rektorunun sözlərinə görə, bu Universitet uzun müddətdir ki, Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq edir və prioritet istiqamətlərdən biri də beynəlxalq gənclər siyasətinin həyata keçirilməsidir.
BAKI, 2 iyul — Sputnik. Rusiyanın Şimali Qafqaz Federal Universiteti (ŞQFU) Azərbaycan Respublikası ilə beynəlxalq əməkdaşlığı gücləndirir. Universitet rektoru Dmitri Bespalovun rəhbərlik etdiyi ŞQFU-nun nümayəndə heyəti iki ölkənin gənclər və elm-təhsil siyasətinin inkişafına yönəlmiş bir sıra tədbirlərdə iştirak edib.
Səfər zamanı əlamətdar hadisələrdən biri də Bakı şəhərində riyaziyyat təmayüllü məktəbin açılışı olub. Bu, ŞQFU-nun Azərbaycan məktəblilərinin riyazi biliklərinin dərinləşdirilməsinə yönəlmiş unikal təhsil layihəsidir. Məktəb çərçivəsində "Riyaziyyat üzrə yarış" interaktiv komanda oyunu keçirilib. Şagirdlər məntiq üzrə tapşırıqları yerinə yetirib, riyazi məsələləri həll ediblər.
Qeyd edək ki, təhsil layihəsi bu yaxınlarda ŞQFU tərəfindən Suriya, Tacikistan, Qırğızıstan və İraq kimi ölkələrdə həyata keçirilib. İki il ərzində burada 1000-ə yaxın uşaq iştirak edib.
İşgüzar səfər zamanı ŞQFU ilə Azərbaycan Respublikası arasında gənclərin birgə layihələri istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Xatırladaq ki, Rusiya və Azərbaycanın Gənclər Təşəbbüsləri Forumları çərçivəsində iki ölkə gəncləri dəfələrlə təcrübə mübadiləsi aparıblar.

"Universitetimiz uzun müddətdir ki, Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Prioritet istiqamətlərdən biri də beynəlxalq gənclər siyasətinin həyata keçirilməsidir. Qeyd etmək istərdim ki, hər il Rusiya və Azərbaycanın Gənclər Təşəbbüsləri Forumları keçirilir və burada iştirakçılar könüllülük, turizm, gənclərin sahibkarlığı, ekologiya və digər sahələr üzrə birgə layihələr yaradırlar", - Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov qeyd edib.

Həmçinin işgüzar səfər zamanı ŞQFU-nun rektoru Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüb. Tərəflər bu proqram çərçivəsində gənclərin tələbə turizminin inkişafı və birgə tədbirlərin təşkilini müzakirə ediblər.
Qeyd edək ki, Rusiyada ŞQFU-nun iştirak etdiyi tələbə turizmi proqramı həyata keçirilir. Belə ki, proqram iştirakçıları elmi-populyar turizmin unikal marşrutlarını seçə və ölkənin müxtəlif regionlarında yerləşən müxtəlif universitetlərə baş çəkə bilərlər. Proqramda həmçinin başqa ölkələrdən olan tələbələr də iştirak edirlər.
Belə ki, görüş zamanı azərbaycanlı tələbələrin "tələbə turizmi" çərçivəsində Şimali Qafqaz Federal Universitetinə səfər etməsi məsələsi də müzakirə olunub. Tələbələr təkcə makroregionun mədəni və tarixi irsi ilə deyil, həm də Şimali Qafqazın aparıcı universitetinin elmi nailiyyətləri ilə də tanış ola biləcəklər. Tələbə turizminin inkişafı üzrə belə təcrübənin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, gələn ilin iyun ayında ŞQFU-da azərbaycanlı tələbələrin iştirakı ilə gənc liderlər məktəbinin keçirilməsi məsələsinə baxılıb.
Dmitri Bespalovla Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev arasında keçirilən görüşdə birgə elmi-tədqiqat layihələrinin işə salınması məsələləri müzakirə olunub. Layihələr yeraltı qaz anbarlarının quyularının işini optimallaşdırmaq üçün texnologiyalarının yaradılmasına, eləcə də məlumatların etibarlı saxlanmasını təmin edən proqramlar kompleksinin yaradılmasına yönəldiləcək.
Bundan əlavə, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyi ilə görüşlər də keçirilib. Görüşlər zamanı "Beynəlxalq münasibətlər", eləcə də "Xidmət və turizm" istiqamətləri üzrə birgə təhsil proqramlarının həyata keçirilməsi müzakirə olunub. Xüsusilə, şəhər və kənd yaşayış məntəqələrində demoqrafik proseslərin elmi tədqiqatlarının aparılacağı, gənclər arasında informasiya müharibələrinə qarşı mübarizə texnologiyalarının yaradılacağı "Məkanların və ərazilərin inkişafı" adlı güzgülü laboratoriyanın yaradılması imkanları nəzərdən keçirilir.
Bundan əlavə, işgüzar səfər zamanı Dmitri Bespalov və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov arasında görüş keçirilib. Səfir ŞQFU-nun Azərbaycan tərəfi ilə elmi-tədqiqat və gənclər tərəfdaşlığına yönəlmiş təşəbbüslərini dəstəkləyib.
ŞQFU 2023-cü ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində keçirilən Rusiya və Azərbaycan Gənclər Təşəbbüslərinin III Forumunun həmtəşkilatçısı olub. İki ölkənin 100-dən çox nümayəndəsi diskussiya platformalarında Rusiya və Azərbaycanın regionları kontekstində gənclər siyasətini, həmçinin iki ölkənin gəncləri üçün elmi əməkdaşlığı və peşəkar imkanların həyata keçirilməsini müzakirə ediblər.
2024-cü ildə ŞQFU-da Rusiya və Azərbaycan Gənclər Təşəbbüslərinin IV Forumu keçirilib. Bu Forumda gənclər ictimai təşkilatlarının 150-dən çox nümayəndəsi, hərəkat liderləri, universitet tələbələri, Rusiya və Azərbaycanın gənclər siyasətini həyata keçirən qurumların nümayəndələri iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0