https://sputnik.az/20240702/set-sammiti-tehlukesizliyin-mohkemlendirilmesine-komek-edecek---cin-xn-465735133.html
ŞƏT sammiti təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək - Çin XİN
ŞƏT sammiti təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək - Çin XİN
Sputnik Azərbaycan
Çin sədri Si Cinpin iyulun 2-6-da Astanada keçiriləcək ŞƏT Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək. 02.07.2024, Sputnik Azərbaycan
2024-07-02T09:03+0400
2024-07-02T09:03+0400
2024-07-02T09:03+0400
çin
dünya xəbərləri
şət
şət
xin
xin
sammit
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_0:0:3072:1728_1920x0_80_0_0_a70ac684f03ebd475e720e3d668e0d07.jpg
BAKI, 2 iyul — Sputnik. Çin əmindir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti bütün ölkələrin təhlükəsizliyini və sabitliyini gücləndirməyə kömək edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib. Mao Nin deyib ki, Astanada keçiriləcək sammit bu il ŞƏT çərçivəsində ən mühüm hadisədir. Onun sözlərinə görə, sammitdə Çin sədri Si Cinpin təşkilata üzv olan digər ölkələrin rəhbərləri ilə yeni şəraitdə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər, eləcə də cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaq. "Çin tərəfi əmindir ki, bu sammit bütün tərəflər arasında daha böyük konsensusa nail olacaq, əməkdaşlığın yeni dövrünə başlanğıc olacaq və bütün ölkələrin təhlükəsizliyinin, sabitliyinin, inkişafı və dirçəlişinin möhkəmləndirilməsinə, habelə icmanın qurulmasına müsbət töhfə verəcək" - Mao Nin vurğulayıb. Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çinin bildirmişdi ki, Çin sədri Si Cinpin iyulun 2-6-da Astanada keçiriləcək ŞƏT Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək. İyulun 3-4-də Astanada ŞƏT sammiti keçiriləcək və orada BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_12:0:2743:2048_1920x0_80_0_0_28f60e1e1e154ca1ccc62756a8213526.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, şət, şət, xin, xin, sammit
çin, şət, şət, xin, xin, sammit
ŞƏT sammiti təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək - Çin XİN
Çin sədri Si Cinpin iyulun 2-6-da Astanada keçiriləcək ŞƏT Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.
BAKI, 2 iyul — Sputnik. Çin əmindir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti bütün ölkələrin təhlükəsizliyini və sabitliyini gücləndirməyə kömək edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Mao Nin deyib ki, Astanada keçiriləcək sammit bu il ŞƏT çərçivəsində ən mühüm hadisədir.
Onun sözlərinə görə, sammitdə Çin sədri Si Cinpin təşkilata üzv olan digər ölkələrin rəhbərləri ilə yeni şəraitdə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər, eləcə də cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaq.
"Çin tərəfi əmindir ki, bu sammit bütün tərəflər arasında daha böyük konsensusa nail olacaq, əməkdaşlığın yeni dövrünə başlanğıc olacaq və bütün ölkələrin təhlükəsizliyinin, sabitliyinin, inkişafı və dirçəlişinin möhkəmləndirilməsinə, habelə icmanın qurulmasına müsbət töhfə verəcək" - Mao Nin vurğulayıb.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çinin bildirmişdi ki, Çin sədri Si Cinpin iyulun 2-6-da Astanada keçiriləcək ŞƏT Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.
İyulun 3-4-də Astanada ŞƏT sammiti keçiriləcək və orada BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.