CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Quduzluğun yayılmasında onların rolu var - AQTA rəsmisi açıqladı

© Sputnik / Murad OrujovBakıda küçədə it
Bakıda küçədə it - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Baytarlıq müfəttişi bildirib ki, quduzluğun yayılmasında vəhşi - ət yeyən heyvanların, sahibsiz itlərin, eləcə də sahibli ət yeyən heyvanların rolu var.
BAKI, 2 iyul — Sputnik. Azərbaycanın coğrafiyası quduzluq xəstəliyi üçün münbit deyil. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər hər zaman diqqət mərkəzindədir:

"Digər xəstəliklərlə oxşar olaraq Azərbaycanın coğrafiyası bu xəstəlik üçün də qeyri-sağlamdır. Quduzluğun yayılmasında vəhşi - ət yeyən heyvanların, sahibsiz itlərin, eləcə də sahibli ət yeyən heyvanların rolu var. Bu istiqamətdə son 2 ildə ilk dəfə olaraq helikopterlərdən istifadə etməklə peyvəndləmə işləri həyata keçirilir".

Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə həm Gürcüstan, həm də Rusiya ilə əməkdaşlıq edilir.
"Çünki Azərbaycan ərazisindən keçən meşə massivi bir tərəfdən Gürcüstan, digər tərəfdən Rusiya ilə əhatələnir. Hər iki ölkə ilə əlaqəli işlər görülür ki, həm peyvəndləmə, həm də monitorinq tədbirləri koordinasiya olunsun və informasiya mübadiləsi həyata keçirilsin. İnanırıq ki, yaxın gələcəkdə bunlar yaxşı nəticəsini verəcək", - müfəttiş əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0