CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis günündə cinayətkarlıqla bağlı statistika açıqlandı

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Bildirilib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub.
BAKI, 2 iyul — Sputnik. 2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə "Polis Günü"nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyilib.
© Photo : Ministry of Internal AffairsVilayət Eyvazov
Министр внутренних дел Вилаят Эйвазов, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Vilayət Eyvazov
Bildirilib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.
Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0