Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllim işləmək istəyənlərin nəzərinə!

© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.
BAKI, 2 iyul — Sputnik. İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır. Təhsil İnstitutundan Sputnik Azərbaycan-a bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, artıq ibtidai sinf müəllimlərinin sertifikasiyası mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yenilənəcək. O vurğulayıb ki, dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.

"Çalışacağıq ki, yüksək nəticə göstərənlər daha çox dərs desinlər. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlara verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq", - nazir qeyd edib.

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları - Sputnik Azərbaycan, 1920, 01.07.2024
TƏHSİL
İmtahandan 2 alanlar: Azərbaycanın bölgələrində müəllim böhranı gözlənilirmi?
Xəbər lenti
0