https://sputnik.az/20240702/meiset-zorakiligindan-zerer-cekenler-ucun-yardim-merkezleri-fealiyyete-baslayib---foto-465762760.html
Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb - FOTO
Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb - FOTO
Sputnik Azərbaycan
Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar... 02.07.2024, Sputnik Azərbaycan
2024-07-02T21:02+0400
2024-07-02T21:02+0400
2024-07-02T21:02+0400
məişət zorakılığı
cəmiyyət
qohum
ailə
azərbaycan
sosial
xidmət
agentlik
bakı
gəncə
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622477_0:0:2815:1583_1920x0_80_0_0_d92346f5621ba7ba1aff3cdbb3a69090.jpg
BAKI, 2 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin mərkəzlər "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb. Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir. Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilərlər. Qeyd edək ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna əsasən, məişət zorakılığı - qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. 4-cü maddə aşağıdakı şəxslərə şamil edilir: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622477_84:0:2815:2048_1920x0_80_0_0_cffcd6a81e98a259c581bc3761723210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məişət zorakılığı, qohum, ailə, azərbaycan, sosial, xidmət, agentlik, bakı, gəncə, nikah, fiziki şəxs
məişət zorakılığı, qohum, ailə, azərbaycan, sosial, xidmət, agentlik, bakı, gəncə, nikah, fiziki şəxs
Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb - FOTO
Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
BAKI, 2 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin mərkəzlər "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb.
Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Qeyd edək ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna əsasən, məişət zorakılığı - qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir.
4-cü maddə aşağıdakı şəxslərə şamil edilir:
yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumlarına, habelə birgə yaşadığı hallarda digər qohumlara;
nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;
qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;
qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan qohumlarına.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.