SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparıb

© Photo : X / COP29 AZCOP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparıb
COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparıb
 - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Bu gün COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə iqlim məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirib.
BAKI, 2 iyul — Sputnik. COP29 danışıqlar qrupu Rusiyadan olan nümayəndə heyəti ilə ikitərəfli məsləhətləşmələr aparıb. "Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
© Photo : X / COP29 AZCOP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparıb
COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparıb
 - Sputnik Azərbaycan, 1920, 02.07.2024
COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparıb

"Bu gün COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə iqlim məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirib. Biz COP29 ilə bağlı prioritetlərimizi bölüşdük və iqlim fəaliyyətinin gündəliyinə nail olmaq üçün iqlim gündəmindəki əsas məsələləri müzakirə etdik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0