SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakının "Kalininqrad modeli" təklifi niyə etirazla qarşılanır?

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları, arxiv
Azərbaycan və Ermənistan bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, "Kalininqrad modeli" ikinci dünya müharibəsindən sonra bir çox yerlərdə tətbiq olunub.
BAKI, 2 iyul — Sputnik. Ermənistan tərəfi Azərbaycanın Naxçıvanla bağlı təklif etdiyi "Kalininqrad modeli"ni şərh etməyib. Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, regionda nəqliyyat kommunikasiyaları ilə bağlı təklif olunan "Sülh kəsişməsi" təşəbbüsündə Ermənistanın mövqeyi öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində demişdi ki, Azərbaycan yalnız Naxçıvan Muxtar Respublikasına aparılan malların gömrük və sərhəd nəzarətindən azad edilməsini gözləyir və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq.
Kalininqrad modeli nədir?
1946-cı ilə qədər Köniqsberq kimi tanınan Kalininqrad, Litva və Polşa arasındakı Rusiya anklavı olan Kalininqrad vilayətinin ən böyük şəhəri və inzibati mərkəzidir. Şəhər Rusiyanın böyük hissəsindən təxminən 663 kilometr qərbdə yerləşir.
Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Dövlət Duması onu uzun müddət ratifikasiya etməyib. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə ediləndən sonra həmin sazişi ratifikasiya edib. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb.
© Sputnik / Виталий Невар / Mediabanka keçidKalininqrad
Фестиваль Паруса мира в Калининграде - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Kalininqrad
Sputnik Azərbaycan "Kalininqrad modeli"nin Naxçıvan üçün tətbiqi ilə bağlı millət vəkili Anar İskəndərovun və hərbi ekspert Ədalər Verdiyevin fikirlərini öyrənib.
Millət vəkili Anar İskəndərov bildirir ki, "Kalininqrad modeli"nin Naxçıvana tətbiq edilməsi ilə Ermənistanın düşündükləri tarixi reallıqla daban-dabana zidiyyət təşkil edir:

"Naxçıvan tarixi Azərbaycan torpağıdır. Əslində isə Naxçıvanla Azərbaycan arasında yaradılmış ərazi bizə verilməlidir. Çünki bu arada qalan ərazilər də tarixi torpaqlarımızdır. Vaxtilə Qarabağla bağlı da Ermənistan hər cür hiyləyə əl atmışdı, nəticəsini gördük. Qərb təşkilatları Azərbaycana münaqişə dövründə nəticəyə hesablanmamış müxtəlif təkliflərlə gəlirdilər. Nəticəni Azərbaycan özü yaratmalı oldu".

© Photo : REPORTMillət vəkili Anar İskəndərov
Professor Anar İsgəndərov - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Millət vəkili Anar İskəndərov
Anar İskəndərov onu da deyir ki, min illərdir bu gün Ermənistan kimi göstərilən ərazilərdə bizim xalqımız yaşayıb:

"Gələcək danışıqlarda Naxçıvanla əlaqələrin qurulması üçün müxtəlif variantlar işə salına bilər. Burada artıq hansı modelin tətbiq olunacağını gələcək göstərəcək. Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin olunması üçtərəfli bəyanatın şərtidir. Ermənistan öhdəliklərini əvvəl-axır yerinə yetirməli olacaq".

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, "Kalininqrad modeli" ikinci dünya müharibəsindən sonra bir çox yerlərdə tətbiq olunub:
"NATO ilə Varşava paktı ölkələri bir-birinə düşmən olsalar da, SSRİ qoşunlarının NATO ölkələrinin ərazisindən keçərək Almaniya Demokratik respublikasındakı qoşunlarla əlaqə qurmasında problem yox idi. Bugünkü dövrdə Rusiya ilə NATO arasında kəskin ziddiyyətlər olmasına baxmayaraq şimal qonşumuzun vətəndaşları Baltikyanı ölkələrin ərazisindən Kalininqrada maneəsiz gedib-gələ bilir. ".
© Photo : Courtesy of Adalyat VerdievƏdalət Verdiyev
Ədalət Verdiyev - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Ədalət Verdiyev
Ekspertin fikrincə, "Kalininqrad modeli" kifayət qədər məqbul təklifdir:

"Ermənistan biz nə təklif ediriksə, həmişə əvvəlcə rədd edir, sonra isə həmin təklifi işə salmağa çalışır. Bunun adını Ermənistan nə qoyur qoysun. bu bizim üçün Zəngəzur dəhlizidir. Gələcək üçün bi Turan dəhlizidir. Hazırda həm Çin, həm ABŞ bu dəhlizin açılmasında maraqlıdır. Ona görə də Ermənistan qlobal güclərin təşəbbüslərinə çıxacaq vəziyyətdə deyil. Ermənistanda bu proseslərin qarşısını alarsa, Azərbaycan ordusu bu işə qarışa bilər. İndiyə qədər Ermənistan ABŞ və Fransadan dəstək alırdı. İndi bu ölkələrin hər ikisində seçki dövrüdür. Yaxşı olardı ki, Ermənistan özü üçün yeni macəra axtarmasın".

Güman etmək olar ki, Ermənistanın "Kalininqrad modeli"nə mənfi münasibəti həm də Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi ilə bağlıdır. Çünki bir vaxtlar Azərbaycanın dəhliz təkliflərinə Ermənistan tərəfi Qarabağdakı ermənilərlə maneəsiz əlaqəni eyniləşdirməklə qarşılıq verirdi. Bu gün Ermənistan tərəfi belə bir paralel aparmaq imkanından məhrumdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0