https://sputnik.az/20240702/bakidaki-24-tehsil-ocaginda-tibb-xidmeti-yoxdur-465762619.html
Bakıdakı 24 təhsil ocağında tibb xidməti yoxdur
Bakıdakı 24 təhsil ocağında tibb xidməti yoxdur
Sputnik Azərbaycan
Bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər. 02.07.2024, Sputnik Azərbaycan
2024-07-02T21:34+0400
2024-07-02T21:34+0400
2024-07-02T21:34+0400
tibb
səhiyyə
müəssisə
xidmət
ambulator
azərbaycan
təbib
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312342_0:180:2121:1373_1920x0_80_0_0_c4a0eadc5db9371e237204ee7bb02f58.jpg
BAKI, 2 iyul — Sputnik. Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, yalnız 24 müəssisədə uşaq sayı və yerləşdiyi ərazi, təhsil müəssisəsində şəraitin olmaması və s. səbəbdən hələ tibb xidməti ilə təmin edilməyib. Təhsil müəssisələrində tibbi xidmətinin təşkili prinsiplərinin hansı formada həyata keçirilməsi məsələsinə gəlincə, bildirilib ki, "Təhsil haqqında" qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları" ilə tənzimlənir. Bildirilib ki, bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312342_0:0:1885:1414_1920x0_80_0_0_a52fe9925fff8b88c5647ab7959678d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tibb, müəssisə, xidmət, ambulator, azərbaycan, təbib
tibb, müəssisə, xidmət, ambulator, azərbaycan, təbib
Bakıdakı 24 təhsil ocağında tibb xidməti yoxdur
Bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər.
BAKI, 2 iyul — Sputnik. Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yalnız 24 müəssisədə uşaq sayı və yerləşdiyi ərazi, təhsil müəssisəsində şəraitin olmaması və s. səbəbdən hələ tibb xidməti ilə təmin edilməyib.
Təhsil müəssisələrində tibbi xidmətinin təşkili prinsiplərinin hansı formada həyata keçirilməsi məsələsinə gəlincə, bildirilib ki, "Təhsil haqqında" qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları" ilə tənzimlənir.
Bildirilib ki, bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər:
"Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir. Ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılan həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır. Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.