Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Belarus münasibətləri prinsipial məsələlərdə özünü doğruldub - Deputat

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Aleksandr Lukaşenko, arxiv
İlham Əliyev və Aleksandr Lukaşenko, arxiv - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Arzu Nağıyev qeyd edib ki, dövlə başçılarının bir-birinə olan münasibətləri də inkişafa təkan verən əsas amillərdəndir.
BAKI, 2 iyul — Sputnik. Azərbaycan-Belarus münasibətləri bütün sahələr üzrə dinamik inkişaf edir. Bunu Sputnik Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan – Belarus münasibətlərinə həsr olunmuş video-körpüdə çıxışı zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzu Nağıyev deyib.
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişaf dinamikasını iqtisadi göstəricilərdə, siyasi təmasların sıxlığında müşahidə etmək mümkündür:

"Azərbaycan və Belarus münasibətlərindəki dostluq və tərəfdaşlıq hər zaman prinsipial məsələlərdə özünü doğruldub. Əməkdaşlıqlarımızın müsbət nəticələri var. Biz iyun ayında həm də iqtisadi məsələlərin həlli ilə bağlı böyük bir nümayəndə heyəti ilə danışıqlar apardıq. İki ölkənin parlamentləri arasında sıx əməkdaşlıq mövcuddur. Bu gün Azərbaycan və Belarusiya həm Qoşulmama Hərəkatı, həm də MDB çərçivəsində bir-birini dəstəkləyən dost ölkələrdir".

© Sputnik / Murad OrujovArzu Nağıyev
Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Arzu Nağıyev
Arzu Nağıyev qeyd edib ki, dövlət başçılarının bir-birinə olan münasibətləri də inkişafa təkan verən əsas amillərdəndir:
"İşğaldan azad edilmiş ərazilərimizə səfər edən Belarus Prezidentinin bəyanatları da münasibətlərimizin səviyyəsini aydın şəkildə ifadə edir. Perspektivdə birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi planları mövcuddur".
Mayın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar. Belarus lideri səfər çərçivəsində Füzuli rayonuna da səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0