https://sputnik.az/20240701/kelbecere-azerbaycan-prezidentinin-xususi-numayendesi-teyin-edilib-465734886.html
Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
Sputnik Azərbaycan
Sərəncam imzalandığı gündən qüvvəyə minir. 01.07.2024, Sputnik Azərbaycan
2024-07-01T16:39+0400
2024-07-01T16:39+0400
2024-07-01T16:54+0400
kəlbəcər
qarabağın dirçəlişi və reinteqrasiyası
xüsusi nümayəndə
sərəncam
prezident ilham əliyevin sərəncamı
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_38:0:1000:541_1920x0_80_0_0_3197c4b3f05d030a0c3db265f9b47583.jpg
BAKI, 1 iyul — Sputnik. Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. O, 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub. 2021-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_279:0:1000:541_1920x0_80_0_0_c9943b516ea6e84ed13b3ab58f497b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəlbəcər, xüsusi nümayəndə, sərəncam, prezident ilham əliyevin sərəncamı
kəlbəcər, xüsusi nümayəndə, sərəncam, prezident ilham əliyevin sərəncamı
Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
16:39 01.07.2024 (Yenilənib: 16:54 01.07.2024) Sərəncam imzalandığı gündən qüvvəyə minir.
BAKI, 1 iyul — Sputnik. Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. O, 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub.
2021-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.