Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İbtidai sinifdə verilən bəzi tapşırıqları heç müəllimlər başa düşmür - DİM sədri

© Sputnik / Murad OrujovMəleykə Abbaszadə
Məleykə Abbaszadə - Sputnik Azərbaycan, 1920, 01.07.2024
Abunə olmaq
Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir.
BAKI, 1 iyul — Sputnik. İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir: "Təbii ki, bu da elmə əsaslanmalıdır".
M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:
"Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır".
Xəbər lenti
0