https://sputnik.az/20240701/azerbaycanda-qadinlarin-pensiya-yasi-deyisdi-465723479.html
Azərbaycanda qadınların pensiya yaşı dəyişdi
Azərbaycanda qadınların pensiya yaşı dəyişdi
Sputnik Azərbaycan
Azərbaycan Respublikasında qadınların pensiya yaşının tənzimlənməsi prosesi davam edir. 01.07.2024, Sputnik Azərbaycan
2024-07-01T12:47+0400
2024-07-01T12:47+0400
2024-07-01T13:30+0400
pensiya
cəmiyyət
qadınlar
pensiya yaşı
dövlət statistika komitəsi
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:3073:1728_1920x0_80_0_0_0cdb075a0b29c39da33d37dd2cb07956.jpg
BAKI, 1 iyul — Sputnik. İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılaraq 64 il olacaq. İndiyədək qadınların pensiya yaşı 63 il 6 ay idi. Qeyd edək ki, əvvəllər kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 ildir və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 ilə çatdırılacaq. "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda pensiyaçıların sayı 1 096 000 nəfər olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:2731:2048_1920x0_80_0_0_a30efc008da804ee97829cf8d017a5ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, qadınlar, pensiya yaşı, dövlət statistika komitəsi, dövlət statistika komitəsi
pensiya, qadınlar, pensiya yaşı, dövlət statistika komitəsi, dövlət statistika komitəsi
Azərbaycanda qadınların pensiya yaşı dəyişdi
12:47 01.07.2024 (Yenilənib: 13:30 01.07.2024) Azərbaycan Respublikasında qadınların pensiya yaşının tənzimlənməsi prosesi davam edir.
BAKI, 1 iyul — Sputnik. İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılaraq 64 il olacaq. İndiyədək qadınların pensiya yaşı 63 il 6 ay idi.
Qeyd edək ki, əvvəllər kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 ildir və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 ilə çatdırılacaq.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda pensiyaçıların sayı 1 096 000 nəfər olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
"Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.