Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Rusiyaya toyuq əti ixrac etməyə başlayıb

© AFP 2024 / STRtoyuq
toyuq - Sputnik Azərbaycan, 1920, 01.07.2024
Abunə olmaq
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya 40,3 milyon ədəd toyuq yumurtası ixrac edilib.
BAKI, 1 iyul — Sputnik. Azərbaycan Rusiyaya dondurulmuş toyuq əti ixrac etməyə başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 20 ton dondurulmuş toyuq əti ixrac edib. Keçən il isə ümumiyətlə, ölkəmizdən toyuq əti Rusiyaya satılmayıb.
Bundan başqa, hesabat dövründə Azərbaycan Belarusa 280 ton dondurulmuş toyuq əti ixrac edib. Ümumilikdə bu il Azərbaycan cəmi 300 ton dondurulmuş toyuq ətini Rusiya və Belarusa ixrac edib.
Azərbaycan Rusiyaya toyuq yumurtası da göndərir
Onu da qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya 40,3 milyon ədəd toyuq yumurtası da ixrac edilib.
Bundan öncə Azərbaycandan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında razılıq əldə olunub.
Xatırladaq ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti dekabrın 14-də bəyan etmişdi ki, daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə də danışıqlar aparılır. Nəticədə, növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır.
Azərbaycanda yumurta istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 190,1 min ton ət, 764,3 milyon ədəd yumurta istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz, yumurta istehsalı 5,2 faiz artıb.
Xəbər lenti
0