CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyulun 1-dən azərbaycanlıları nə gözləyir?

© Sputnik / Murad OrujovBakının dənizkənarı parkında insanlar
Bakının dənizkənarı parkında insanlar - Sputnik Azərbaycan, 1920, 30.06.2024
Abunə olmaq
İyulun 1-dən Azərbaycanda taksilərin görkəmi nəhayət dəyişəcək, orduya yay çağırışı başlayacaq, qadınlar daha gec təqaüdə çıxmağa başlayacaqlar.
BAKI, 30 iyun - Sputnik. Azərbaycanda ilin ikinci yarısının əvvəlindən pensiya yaşında olan qadınlara, gənc oğlanlara, taksi sürücülərinə, sahibkarlara və s.-yə aid bir sıra qanunvericilik aktları qüvvəyə minir.
Taksilərə yeni tələblər
İyulun 1-dən Nazirlər Kabinetinin təsdiq etdiyi “Sərnişin avtomobilləri ilə müntəzəm sərnişindaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə, daxili və xarici konstruksiyalarına dair Tələblər”, nəhayət ki, Azərbaycanda qüvvəyə minir.
İndi taksi kimi yalnız “Avro-5” ekoloji standartlarının tələblərinə cavab verən, istismar müddəti 8 ildən çox olmayan avtomatik transmissiyaya malik avtomobillərdən istifadə oluna bilər.
Bundan əlavə, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər müvafiq vəsiqə, yol xəritəsi almalı, avtomobilini POS terminal və videokamera ilə təchiz etməlidirlər.
© iStock.com / Yury KaramanenkoTaksi
Городское такси на автостраде летним днем - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Taksi
Qadınlar üçün pensiya yaşının artırılması
2024-cü il iyulun 1-dən qadınlar 6 ay sonra, yəni 64 yaşında pensiyaya çıxacaqlar. Kişilər üçün pensiya yaşı eyni qalacaq - 65 yaş.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il iyulun 1-dən “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi haqqında fərmanı qüvvəyə minib. Həmin sənədə əsasən, kişilər və qadınlar üçün pensiya yaşının 65 yaşa çatanadək mərhələli şəkildə artırılması nəzərdə tutulur. Əvvəllər kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxırdılar.
© Sputnik / Elvin AhmadYaşlı xanım, arxiv
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Yaşlı xanım, arxiv
Yay çağırışının başlanğıcı
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
İyulun 1-dən iyulun 30-dək 2006-cı il təvəllüdlü, çağırış gününə qədər 18 yaşı tamam olmuş (bu gün də daxil olmaqla), o cümlədən 1989-2005-ci il təvəllüdlü, 35 yaşadək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyənlər müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Dövlət başçısı, həmçinin, bu ay ərzində “Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə də sərəncam verib.
© AR Ministry of DefenceHərbi qulluqçular üçün müntəzəm təlimlər
Проводятся очередные учебные сборы военнообязанных - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Hərbi qulluqçular üçün müntəzəm təlimlər
Rəqabət Məcəlləsi
2024-cü il iyulun 1-dən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minir. Müvafiq olaraq, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar qüvvəsini itirir.
Məcəllə 12 fəsil, 84 maddədən ibarətdir. Bu, ölkədə rəqabət davamlılığının təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi bazanın yaradılmasına yönəlmiş əhatəli sənəddir.
© Sputnik / Murad OrujovBergi məcəlləsi, arxiv
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Bergi məcəlləsi, arxiv
Karantin
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimi daha üç ay, oktyabrın 1-dək uzadılıb. Bu barədə müvafiq sərəncamı Baş Nazir Əli Əsədov imzalayıb.
Sənəddə qeyd olunur ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün nəticələrinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin qüvvədə olma müddəti 1 oktyabr 2024-cü il saat 06:00-dək uzadılır.
© Sputnik / Murad OrujovKarantin, arxiv
Баку за считанные часы до отмены масочного режима - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Karantin, arxiv
Bundan əvvəl ölkədə xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-dək müəyyən edilmişdi. Beləliklə, Azərbaycanın quru sərhədləri ən azı daha üç ay bağlı qalacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0