Tarixdə bu gün: 30 iyun - FOTO
© Sputnik30 iyun
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 30 iyun — Sputnik. İyunun 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 30-da kim anadan olub?
Mirzə Fətəli Axundov (1812-1878) – Azərbaycan yazıçısı. 1830-cu illərdə onun geriliyə qarşı, maarifçilik, azadlıq və tərəqqiyə yönəlmiş ədəbi fəaliyyəti başlayıb. İlk əhəmiyyətli əsəri rus dilinə tərcümə edilmiş "Puşkinin ölümü haqqında" elegik poeması olub.
Jan-Dominik Kassini (1748-1845) - fransız astronomu və geodezisti, Fransanın ilk tam atlasının yaradıcısı.
Mayk Tayson (1966) - ağır çəki dərəcəsində yarışan amerikalı boksçu. WBC (1986-1990, 1996), WBA (1987-1990, 1996), IBF (1987-1990), The Ring (1988-1990) versiyaları üzrə dünya çempionu. Ağır çəkililər arasında dünya çempionu titulu uğrunda 11 döyüşçünü məğlub edib. Tarixin ən yüksək ödəniş alan boksçusu (Floyd Meyvezerdən əvvəl).
© AFP 2024 / James GilbertMayk Tayson
Mayk Tayson
© AFP 2024 / James Gilbert
Lizzi Kaplan (1982) – ABŞ aktrisası, "Heç nəyə yaramayan qızlar", "Monstro" və "Yalan illüziyası 2" filmləri ilə tanınır.
© AFP 2024 / VALERIE MACONLizzi Kaplan
Lizzi Kaplan
© AFP 2024 / VALERIE MACON
Şeril Koul (1983) - Britaniyalı müğənni, bəstəkar, rəqqasə, aktrisa, model. Beş ədəd bir nömrəli solo sinqlı olan ilk britaniyalı qadın sənətçi (2014).
© AFP 2024 / LUCAS BARIOULETŞeril Koul
Şeril Koul
© AFP 2024 / LUCAS BARIOULET
30 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1894-cü ildə Londonda məşhur Tauer körpüsü istifadəyə verilib.
© chsrentals.comTower bridge
Tower bridge
© chsrentals.com
1964-cü ildə Ayın ilk fotoşəkilləri yaxın məsafədən çəkilib.
© AFP 2024 / Luis AcostaAy, arxiv
Ay, arxiv
© AFP 2024 / Luis Acosta
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.