https://sputnik.az/20240630/tarif-surasi-meiset-tullantilarinin-yigilmasi-ve-dasinmasi-qiymetlerini-qaldirdi-465717417.html
Tarif Şurası məişət tullantılarının yığılması və daşınması qiymətlərini qaldırdı
Tarif Şurası məişət tullantılarının yığılması və daşınması qiymətlərini qaldırdı
Sputnik Azərbaycan
Tarif Şurası hesab edir ki, yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək. 30.06.2024, Sputnik Azərbaycan
2024-06-30T20:52+0400
2024-06-30T20:52+0400
2024-06-30T21:28+0400
azərbaycan xəbərləri
məişət tullantıları
zibil
tarif şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087090_0:0:1920:1080_1920x0_80_0_0_547f0c39435456d4547e98d4b5d95fec.jpg
BAKI, 30 iyun - Sputnik. Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin qiyməti qaldırılıb. Bu barədə Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında qərar verilib. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, iclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:Bakı şəhəri üzrə:- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.Digər regionlar üzrə:- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilib.Qeyd edək ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.Tarif Şurasının bu barədə qərarı 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087090_240:0:1680:1080_1920x0_80_0_0_061adbe9d097cdd7858b8f92443e98ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məişət tullantıları, zibil, tarif şurası
məişət tullantıları, zibil, tarif şurası
Tarif Şurası məişət tullantılarının yığılması və daşınması qiymətlərini qaldırdı
20:52 30.06.2024 (Yenilənib: 21:28 30.06.2024) Tarif Şurası hesab edir ki, yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək.
BAKI, 30 iyun - Sputnik. Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin qiyməti qaldırılıb.
Bu barədə Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında qərar verilib.
Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, iclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.
Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.
Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.
Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:
- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilib.
Qeyd edək ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.
Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.
Tarif Şurasının bu barədə qərarı 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.