Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tarif Şurası dərmanların qiymətinin yuxarı həddini müəyyən edib

© iStock.com / apomaresDərmanlar, arxiv
Dərmanlar, arxiv - Sputnik Azərbaycan, 1920, 30.06.2024
Abunə olmaq
Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.
BAKI, 30 iyun - Sputnik. Tarif Şurası yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiq edib
Bu barədə qərar Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında qəbul edilib.
Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, iclasda həmçinin etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər edilib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Tarif Şurasının bu barədə qərarı 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Xəbər lenti
0