https://sputnik.az/20240630/erdogan-azerbaycan-mallarina-qoyulan-gomruk-rusumunun-azaldilmasi-barede-sened-imzalayib--465709924.html
Ərdoğan Azərbaycan mallarına qoyulan gömrük rüsumunun azaldılması barədə sənəd imzalayıb
Ərdoğan Azərbaycan mallarına qoyulan gömrük rüsumunun azaldılması barədə sənəd imzalayıb
Sputnik Azərbaycan
Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı... 30.06.2024, Sputnik Azərbaycan
2024-06-30T12:15+0400
2024-06-30T12:15+0400
2024-06-30T12:15+0400
iqtisadiyyat
ərdoğan
ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
türkiyə
ticarət
içki
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455865887_0:156:891:657_1920x0_80_0_0_db3912950adee648e9fbf976a61b686e.jpg
BAKI, 30 iyun - Sputnik. Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.“1567 saylı Qanunun 1-ci, 474 saylı Qanunun 2-ci, 3283 saylı Qanunun 2-ci, 4458 saylı Qanunun 16-cı, 22-ci və 55-ci məddələri ilə 2976 saylı Qanun, 7260 saylı Qanun və 7497 saylı Qanunun müddəalarına əsasən əlavəli “Azərbaycan Respublikası mənşəli bəzi malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmanda düzəliş edilməsi haqqında fərmanın” qüvvəyə minməsinə qərar verilmişdir”, – sənəddə qeyd olunub.Dəyişikliyə görə, içkilər daxil olmaqla bir sıra içəcəklərin 15 000 hektolitr kvota daxilində baza tarif dərəcəsinin 100 % azaldılması nəzərdə tutulub (Report).Fərman iyulun 1-də qüvvəyə minəcək.“Bu Fərmanın müddəalarını ticarət naziri icra edir” – sənədin son maddəsində vurğulanıb.Xatırladaq ki, mayın 10-da Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455865887_0:1:891:669_1920x0_80_0_0_662e6e87c17007bab6ec3a5268d0b570.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, türkiyə, ticarət, içki
ərdoğan, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, türkiyə, ticarət, içki
Ərdoğan Azərbaycan mallarına qoyulan gömrük rüsumunun azaldılması barədə sənəd imzalayıb
Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.
BAKI, 30 iyun - Sputnik. Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.
“1567 saylı Qanunun 1-ci, 474 saylı Qanunun 2-ci, 3283 saylı Qanunun 2-ci, 4458 saylı Qanunun 16-cı, 22-ci və 55-ci məddələri ilə 2976 saylı Qanun, 7260 saylı Qanun və 7497 saylı Qanunun müddəalarına əsasən əlavəli “Azərbaycan Respublikası mənşəli bəzi malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmanda düzəliş edilməsi haqqında fərmanın” qüvvəyə minməsinə qərar verilmişdir”, – sənəddə qeyd olunub.
Dəyişikliyə görə, içkilər daxil olmaqla bir sıra içəcəklərin 15 000 hektolitr kvota daxilində baza tarif dərəcəsinin 100 % azaldılması nəzərdə tutulub (Report).
Fərman iyulun 1-də qüvvəyə minəcək.
“Bu Fərmanın müddəalarını ticarət naziri icra edir” – sənədin son maddəsində vurğulanıb.
Xatırladaq ki, mayın 10-da Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.