CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə Tverdə: Rusiyada Azərbaycan məhsullarının təbliğatı aparılır

CC0 / Alexey_Marcov / compoteДомашний компот
Домашний компот - Sputnik Azərbaycan, 1920, 30.06.2024
Abunə olmaq
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi tərəfindən ““Made in Azerbaijan” Rusiyanın regionlarında” layihəsi icra olunur
BAKI, 30 iyun - Sputnik. Azərbaycan istehsalı məhsulların Rusiyada təbliğatı davam edir.
Nijni Novqoroddan sonra bu dəfə şimal qonşumuzun Tver şəhərində “Made in Azerbaijan” brendi ilə tanınan məhsulların təqdimatı keçirilib. Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Made in Azerbaijan” brendi ilə tanınan 20-dən çox məhsul Tver şəhərində fəaliyyət göstərən restoratoratorlar və ticarət şəbəkələrinin nümayəndələrinə təqdim olunub.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli bildirib ki, Rusiyada Azərbaycan istehsalı məhsulların təbliğatı daha da genişləndirilir:
“Bu ilin aprel ayındakı etibarən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi tərəfindən ““Made in Azerbaijan” Rusiyanın regionlarında” layihəsi icra olunur. Bu layihə çərçivəsində ilk tədbirimiz Rusiyanın Nijni-Novqorod şəhərində təşkil olunmuşdu. Hazırda Tver şəhərində biz ikinci tədbirimizi təşkil edirik. Bu tədbir çərçivəsində Tver şəhərində fəaliyyət göstərən resstoratoratorlar, ticarət şəbəkələrinin nümayəndələri üçün Azərbaycanın 20-dən çox məhsulunun təqdimatı mərasimi təşkil olunur. Tədbir iştirakçıları Azərbaycan məhsullarının keyfiyyəti və dadı ilə tanış olmaq imkanı əldə edəcəklər. Hesab edirik ki, bu növ tədbirlər Azərbaycan məhsullarının Rusiya regionlarında tanıdılmasına və təşviqinə böyük təkan verir. Bu isə öz növbəsində Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılmasına töhvə verəcək”.
A.Həşimlinin sözlərinə görə, Rusiya bazarı Azərbaycan məhsulları, o cümlədə qeyri-neft məhsullarının ixracı və satışı üçün əlverişli məkandır və bunun üçün geniş imkanlar var: “Biz bu imkanları araşdırırıq, öyrənirik və bu imkanlardan yararlanmağa çalışırıq. “Made in Azərbaijan” Rusiyanın regionlarında layihəsi də bu nəticəni hədəfləyir. Belə ki, bu layihə çərçivəsində Azərbaycan məhsullarının Rusiyanın regionlarına çıxarılması, satışının, ixracının artırılması qarşıya məqsəd qoyulub. Əminin ki, bu layihə yaxşı nəticələr verəcək”.
Tədbirdə Azərbaycanlı ixracatçıların şimal qonşumuzun bazarına çıxışını təmin etməyin əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, xarici bazarlara çıxarılan Azərbaycan məhsulları rusiyalı alıcılar tərəfindən müsbət qarşılanır.
Tverli restoratorlar Sergey Şustov, Xaliq Aslanov, ticarət şəbəkəsinin nümayəndəsi Maksim Qolubev Azərbaycan məhsullarının Tver şəhərində artıq yaxşı tanındığını bildiriblər. Onların sözlərinə görə, Azərbaycan məhsulları keyfiyyətinə görə yerli istehlakçılar tərəfindən çox bəyənilir. “Piştaxtalarda Azərbaycan istehsalı məhsullar nə qədər çox olsa, alıcıların həmin məhsulları əldə etməsi imkanları bir o qədər artar. Alıcılar bir dəfə Azərbaycan məhsullarını alsalar, onu yenidən əldə etməyə çalışacaqlar. Çünki, Azərbaycan məhsulları həm keyfiyyətinə, həm də rəqabət qabiliyyətinə görə bu gün demək olar ki, ən yaxşılardandır”, deyə yerli sahibkarlar vurğulayıblar.
Tədbirdə Azərbaycan istehsalı olan təbii çay, şirələr, mürəbbələr, bitki yağları, şərablar və konservləşdirilmiş məhsulların həm təqdimatı, həm də dequstasiyası təşkil olundu. Yüksək keyfiyyəti və dadı ilə seçilən Azərbaycan məhsulları Tverdə böyük maraqla qarşılanıb.
Rusiyanın tanınmış somalyesi Vladimir Tsapelik Azərbaycanda istehsal olunan və Rusiya bazarlarına çıxarılan şərablarının təqdimatını keçirib. Tədbir çərçivəsində “Made in Azerbaijan” brendi ilə təqdim olunan məhsulların ixrac imkanlarının genişləndirilməsi barədə məlumat verilib, Azərbaycanlı ixracatçıların şimal qonşumuzun bazarına çıxışını təmin etməyin əhəmiyyətindən söhbət açılıb.
Xəbər lenti
0