Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

AZAL Qarabağa müntəzəm təyyarə reysləri açır

© Photo : AZALFüzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı  - Sputnik Azərbaycan, 1920, 30.06.2024
Abunə olmaq
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir.
BAKI, 30 iyun - Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.
Bu barəd "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər yük daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.
Xəbər lenti
0