https://sputnik.az/20240630/abseronda-narkotikle-bagli-emeliyyat-kecirilib-464264517.html
DİN və DSX İrandan göndərilən narkotiklərlə bağlı birgə əməliyyat keçirib - VİDEO
DİN və DSX İrandan göndərilən narkotiklərlə bağlı birgə əməliyyat keçirib - VİDEO
Sputnik Azərbaycan
Adil Təhməzovun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. 30.06.2024, Sputnik Azərbaycan
2024-06-30T11:37+0400
2024-06-30T11:37+0400
2024-06-30T10:39+0400
narkotik
cəmiyyət
abşeron
abşeron rayonu
əməliyyat
daxili işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435115_0:67:1280:787_1920x0_80_0_0_7e113afd0372c61ec2da593ba2c5f342.jpg
BAKI, 30 iyun — Sputnik.Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.DİN və DSX-dan verilən məlumata görə, Beyləqan rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1993-cü il təvəllüdlü Adil Təhməzov saxlanılıb. Onun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.İlkin sorğu zamanı A.Təhməzov ondan aşkar olunmuş narkotikləri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılar “Həsən” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. 29.04.24, 19:03Abşeronda narkotiklə bağlı əməliyyat keçirilibAbşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub. Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini "izi" itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər. Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435115_72:0:1209:853_1920x0_80_0_0_29f84758247c15434e3f6c262f25a5df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, abşeron, abşeron rayonu, əməliyyat, daxili işlər nazirliyi
narkotik, abşeron, abşeron rayonu, əməliyyat, daxili işlər nazirliyi
DİN və DSX İrandan göndərilən narkotiklərlə bağlı birgə əməliyyat keçirib - VİDEO
Adil Təhməzovun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
BAKI, 30 iyun — Sputnik.Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN və DSX-dan verilən məlumata görə, Beyləqan rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1993-cü il təvəllüdlü Adil Təhməzov saxlanılıb. Onun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
İlkin sorğu zamanı A.Təhməzov ondan aşkar olunmuş narkotikləri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılar “Həsən” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.
Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini "izi" itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər.
Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.