DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Demokratları Baydeni seçkidən kənarlaşdırmağı müzakirə edirlər

© AFP 2023 / ANDREW CABALLERO-REYNOLDSПервые предвыборные дебаты президента США Джо Байдена и его предшественника Дональда Трампа
Первые предвыборные дебаты президента США Джо Байдена и его предшественника Дональда Трампа  - Sputnik Azərbaycan, 1920, 30.06.2024
Abunə olmaq
Demokratların sponsorları Baydenin fəlakətli performansından çox narahat olublar və seçki yarışının gedişatını necə dəyişə biləcəkləri barədə düşünməyə başlayıblar.
BAKI, 30 iyun - Sputnik. ABŞ Prezidenti Co Bayden və sələfi Donald Tramp arasında keçirilən ilk seçki debatı Demokrat Partiyasının sponsorlarının seçkidə namizədi dəyişdirmək barədə düşünməsinə səbəb olub.
Bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr dəqiqləşdirib ki, Demokratların sponsorları Baydenin fəlakətli performansından çox narahat olublar və seçki yarışının gedişatını necə dəyişə biləcəkləri barədə düşünməyə başlayıblar.
Xüsusilə, Baydenin iradəsinə zidd olaraq ABŞ prezidentliyinə namizədlər siyahısından çıxarılması imkanını nəzərdən keçirirlər. Eyni zamanda, demokratların bəziləri Ağ Evin hazırkı rəhbərinin müstəqil şəkildə seçkilərdə iştirakdan imtina edəcəyinə ümid edirlər.
Daha əvvəl bildirilmişdi ki, Bayden ən yaxın qohumları və dostları müvafiq qərar qəbul edərsə, prezidentlik yarışını tərk edə bilər. Söhbət onun həyat yoldaşı Cill, kiçik bacısı Valeri, həmçinin dostu və məsləhətçisi Ted Kaufmandan gedir.
Bayden  - Sputnik Azərbaycan, 1920, 28.06.2024
DÜNYA XƏBƏRLƏRİ
Bayden debatda, sanki "bu gün-sabah öləcək" kimi görünür
Xəbər lenti
0