Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Riki Martin Bakıda ilk dəfə konsert verəcək

© AFP 2023 / ETIENNE LAURENTRiki Martin
Riki Martin - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Abunə olmaq
Əfsanəvi müğənni köhnə və yeni hitlərini ifa edəcək.
BAKI, 29 iyun - Sputnik. Dünya şöhrətli estrada müğənnisi Riki Martin Azərbaycan paytaxtında ilk dəfə konsert verəcək. O, avqustun 2-də Sea Breeze-də çıxış edəcək.
Konsertin təşkilatçısı Dream events-dir.
Riki Martin 43 nəfərlik komandası ilə birlikdə Bakıya təşrif buyuracaq. İfaçı ən məşhur hitlərinin yer aldığı yeni konsert proqramı təqdim edəcək.
Ricky Martin bütün dünyada 95 milyondan çox albomu satılan əsl musiqi simvoludur. O, həmçinin iki Qremmi, Latın Grammy və Billboard Mükafatı da daxil olmaqla saysız-hesabsız mükafatlara malikdir.
Müğənni Latın Səsyazma Akademiyasının İlin Ən Gənc Adamı kimi tarixə düşüb.
Lakin Martinin istedadları musiqi ilə məhdudlaşmır - o, həm də FX kanalının "Canni Versaçenin öldürülməsi: Amerika Cinayət Hekayəsi" filmindəki roluna görə Emmi Mükafatına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0