CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seçkiqabağı təşviqatın aparılması avqustun 9-u başlayacaq - MSK

© Sputnik / Murad OrujovMəzahir Pənahov
Məzahir Pənahov - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Abunə olmaq
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı MSK-nın iclası keçirilib.
BAKI, 29 iyun - Sputnik. Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək. xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkisi də bu şəkildə keçirildi və hesab edirəm ki, növbədənkənar parlament seçkisi də həmin standartlara uyğun təşkil olunacaq", - deyə sədr bildirib.

M.Pənahov onu da bildirib ki, bu seçki də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.
MSK sədri seçicilərə müraciət edərək adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçicilərə müraciət etməyi məsləhət görüb və bu məsələ operativ şəkildə, qanunauyğun şəkildə həll ediləcəyini bildirib.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) tərəfindən Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək davam edəcək.
Katib bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu proses avqustun 22-dək davam edəcək.
onun sözlərinə görə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi avqustun 29-dək davam edəcək. Bu proses səsvermə gününə 3 gün qalanadək davam edir.
A.Muxtarova onu da bildirib ki, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunması avqustun 12-dək davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlayacaq və səsverməyə 24 saat qalmış yekunlaşacaq. Yəni, bu proses avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da isə dayandırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0