DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İyul sammitində Ukrayna NATO-ya dəvət almayacaq

© AFP 2024 / JONATHAN NACKSTRANDNATO
NATO - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Abunə olmaq
NATO silahlı münaqişə vəziyyətində olan ölkələrin hesabına genişlənə bilməz.
BAKI, 28 iyun — Sputnik. Şimali Atlantika Alyansı iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya hərbi-siyasi bloka qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil.
Bu barədə "The Washington Post" ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smitə istinadən məlumat yayıb.
"Ukrayna bu iyulda alyansa qoşulmaq üçün dəvət almayacaq" – Smit deyib.
Eyni zamanda, Smitin sözlərinə görə, ABŞ tərəfi Ukrayna hakimiyyətini "alyansa doğru daha yaxın" təşviq etməkdə davam edir.
"NATO silahlı münaqişə vəziyyətində olan ölkələrin hesabına genişlənə bilməz. Bir təşkilat üçün bunu etmək çox çətin olardı, çünki belə bir ssenari nəticəsində onun sərhədləri mübahisələrə səbəb olacaq" - ABŞ-ın daimi nümayəndəsi sözünə davam edib.
Daha əvvəl bildirilmişdi ki, NATO ölkələri Ukrayna Prezidenti Vladimir Zelenskiyə Kiyev üçün "müttəfiqliyə körpü" quracağına söz verməklə onu sakitləşdirməyi planlaşdırırlar.
Xəbər lenti
0