DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyanın baş naziri Meloni Fon der Lyayenin yenidən AK rəhbəri seçilməsini dəstəkləmir

© AFP 2024 / ALBERTO PIZZOLIİtaliyanın baş naziri Corca Meloni
İtaliyanın baş naziri Corca Meloni - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Abunə olmaq
Bu barədə AK rəhbərinin özü mətbuat konfransında bildirib.
BAKI, 28 iyun — Sputnik. İtaliyanın baş naziri Corca Meloni Ursula fon der Lyayenin Avropa Komissiyasının rəhbəri postuna namizədliyini dəstəkləmir.
Bu barədə AK rəhbərinin özü mətbuat konfransında bildirib.
Fon der Lyayenin sözlərinə görə, Meloni Aİ sammitində səsvermə zamanı öz fikrini bildirib. O, siyasətçinin daha beş il müddətinə xidmət edəcəyini qəbul edə bilmir.
Lakin bu, fon der Lyayenin namizəd kimi irəli sürülməsinə mane olmayıb, çünki əksəriyyət bu qərara səs verib. AK-nin hazırkı rəhbəri etimada görə hər kəsə təşəkkür edib.
"Hesab edirəm ki, Avropa Şurasında Baş nazir və İtaliya ilə işləmək çox vacibdir, mən həmişə bu prinsipə sadiq qalmışam" - siyasətçi qeyd edib.
O əlavə edib ki, o, "Avropa Parlamentinin üzvləri ilə intensiv işləmək" niyyətindədir. Bu yolla o, namizədliyini təsdiq edə bilər.
Daha əvvəl bildirilmişdi ki, Macarıstanın baş naziri Viktor Orban fon der Lyayeni dəstəkləmir. Onun sözlərinə görə, son beş il Avropa Komissiyası üçün ən pis il olub.
Xəbər lenti
0