https://sputnik.az/20240628/sanki-bu-olkede-saxta-diplom-alan-yalniz-muellimlerdir---deputat-465671968.html
"Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir" - Deputat
"Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir" - Deputat
Sputnik Azərbaycan
Mustafa bildirib ki, sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir... 28.06.2024, Sputnik Azərbaycan
2024-06-28T12:47+0400
2024-06-28T12:47+0400
2024-06-28T13:29+0400
diplom
cəmiyyət
fazil mustafa
fazil mustafa
müəllim
müəllimlər
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0c/454777670_0:52:850:530_1920x0_80_0_0_6e52ce6cb2ddf9a8929a78ea35d476e7.jpg
BAKI, 28 iyun— Sputnik,. "İnkişaf etmiş dövlətlərin hamısının tarixində təhsil səfərbərliyi olub. Qazandığımız qələbələrdən sonra təhsil səfərbərliyi keçirməliyik". Bunu Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi statistik rəqəmə görə, təhsil-tədris predmetini mənimsəmə faizi orta statistik abituriyentin 29-43 faizini əhatə edir: "İnkişaf etmiş ölkələrdə bu göstərici 70 faizə yaxındır. Təhsilimizin vəziyyəti bu faktdan kifayət qədər görünür. Sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb. Müəllimlərin sosial vəziyyəti ilə maraqlansaq, bir çox müəllimin imtahana hazırlaşmaq imkanı yoxdur. Sertifikasiya imtahanlarının keçirilməsində xeyli qeyri-müəyyənliklər var. Belə ki, 0-29-a qədər təkmilləşməyə ehtiyacı olanlar, 30-dan 50-yə qədər isə qənaətbəxş olanlar götürülür. 30-50 arasında böyük məsafə var. Burada dəyişiklik olmalı, 40-dan 50-yə qədər bal toplayanlara 20 faiz əməkhaqqının artırılması tətbiq olunmalıdır". Xatırladaq ki, sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: - hamilə qadınlar; - uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); - ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; - azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0c/454777670_79:0:786:530_1920x0_80_0_0_0e59eaa57e9e24fd2a93d178f52fc81d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
diplom, fazil mustafa, fazil mustafa, müəllim, müəllimlər, milli məclis
diplom, fazil mustafa, fazil mustafa, müəllim, müəllimlər, milli məclis
"Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir" - Deputat
12:47 28.06.2024 (Yenilənib: 13:29 28.06.2024) Mustafa bildirib ki, sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb.
BAKI, 28 iyun— Sputnik,. "İnkişaf etmiş dövlətlərin hamısının tarixində təhsil səfərbərliyi olub. Qazandığımız qələbələrdən sonra təhsil səfərbərliyi keçirməliyik".
Bunu Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi statistik rəqəmə görə, təhsil-tədris predmetini mənimsəmə faizi orta statistik abituriyentin 29-43 faizini əhatə edir: "İnkişaf etmiş ölkələrdə bu göstərici 70 faizə yaxındır. Təhsilimizin vəziyyəti bu faktdan kifayət qədər görünür. Sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb. Müəllimlərin sosial vəziyyəti ilə maraqlansaq, bir çox müəllimin imtahana hazırlaşmaq imkanı yoxdur. Sertifikasiya imtahanlarının keçirilməsində xeyli qeyri-müəyyənliklər var. Belə ki, 0-29-a qədər təkmilləşməyə ehtiyacı olanlar, 30-dan 50-yə qədər isə qənaətbəxş olanlar götürülür. 30-50 arasında böyük məsafə var. Burada dəyişiklik olmalı, 40-dan 50-yə qədər bal toplayanlara 20 faiz əməkhaqqının artırılması tətbiq olunmalıdır".
Xatırladaq ki, sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.