https://sputnik.az/20240628/qurban-yetirmisli-ehali-nagillara-inanib-tesvise-dusmesin-465664970.html
Qurban Yetirmişli: Əhali nağıllara inanıb təşvişə düşməsin
Qurban Yetirmişli: Əhali nağıllara inanıb təşvişə düşməsin
Sputnik Azərbaycan
İyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. 28.06.2024, Sputnik Azərbaycan
2024-06-28T10:47+0400
2024-06-28T10:47+0400
2024-06-28T10:56+0400
hadisə
zəlzələ
zəlzələ
qurban yetirmişli
qurban yetirmişli
https://cdnn1.img.sputnik.az/img/41248/19/412481985_0:0:2000:1125_1920x0_80_0_0_cef1aff824d4998b0bced24f89c4cace.jpg
BAKI, 28 iyun - Sputnik. Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil.Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə-Lerikdə də 5 bala qədər hiss olunub:"Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur".Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir:"Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın".İyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. "Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib", - məlumatda qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41248/19/412481985_293:0:2000:1280_1920x0_80_0_0_a45d1b1067c877d52719c4d20e9f8944.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, zəlzələ, qurban yetirmişli, qurban yetirmişli
zəlzələ, zəlzələ, qurban yetirmişli, qurban yetirmişli
Qurban Yetirmişli: Əhali nağıllara inanıb təşvişə düşməsin
10:47 28.06.2024 (Yenilənib: 10:56 28.06.2024) İyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb.
BAKI, 28 iyun - Sputnik. Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil.
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə-Lerikdə də 5 bala qədər hiss olunub:
"Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur".
Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir:
"Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın".
İyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. "Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib", - məlumatda qeyd olunub.