Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hacıqabulda bəzi əraziləri sel suları basıb, insanlar təxliyə edilib - VİDEO

© Photo : Azerbaijan Highway State AgencySel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub
Sel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Abunə olmaq
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.
BAKI, 28 iyun - Sputnik. İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən bəzi ərazilərin subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.
Qeyd edilib ki, mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.
Xəbər lenti
0