CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəgörünməz bir qatil var, cəmiyyətimizi qorumalıyıq - Elşad Mirbəşiroğlu

© SputnikMillət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili, Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 28.06.2024
Abunə olmaq
Elşad Mirbəşiroğlu deyib ki, cəmiyyətimizi dünyada cərəyan edən mənəvi-əxlaqi aşınmanın neqativ nəticələrindən qorumalıyıq.
BAKI, 28 iyun — Sputnik. Dünyada müşahidə olunan mənəvi-əxlaqi deqradasiyanın neqativ nəticələrindən özümüzü qorumalıyıq. Bu sözləri VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında çıxışı zamanı millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Millət vəkili qeyd edib ki, bu gün insanlığa qarşı müxtəlif təhlükələrdən danışılır.
Onun sözlərinə görə, gözəgörünməz bir qatil var və bu, mənəvi-əxlaqi aşınmadır:
"Azərbaycanda cəmiyyətin mənəvi sağlamlığı məsələsi hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, var-dövlət ola bilər, zənginlik ola bilər, lakin mənəviyyat olmadan heç bir şey ola bilməz. 44 günlük Vətən müharibəsi də Azərbaycan gəncinin necə yüksək mənəvi-əxlaqi dəyərlərə, patriotizm hissinə malik olduğunu göstərdi. Bu, bizim formalaşdırdığımız çox böyük bir resursdur".
Elşad Mirbəşiroğlu deyib ki, cəmiyyətimizi dünyada cərəyan edən mənəvi-əxlaqi aşınmanın neqativ nəticələrindən qorumalıyıq: "Bir sıra ölkələrdə dünya səviyyəsində müşahidə olunan mənəvi və əxlaqi aşınmanın neqativ nəticələrindən qorunmaq üçün qanunvericilik səviyyəsində tədbirlərin görülməsi də sözügedən sahədə təhlükənin reallığından xəbər verir. Biz internet əsrində yaşayırıq, informasiya-kommunikasiya texnologiyaları öz inkişafının ən yüksək səviyyəsinə çatıb. Ona görə də informasiya kontentinə nəzarət etmək çətindir. Buna baxmayaraq, sosial şəbəkələrdə bizim mənəvi-əxlaqi dəyərlərimizə zidd olan kontentin qarşısının alınması üçün ciddi əlavə tədbirlərin görülməsi çox vacibdir".
Xatırladaq ki, 2023-cü ilin noyabrında Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında beynəlxalq LGBT ictimai hərəkatını ekstremist təşkilat kimi tanıyıb və onun Rusiyada fəaliyyətini qadağan edib.
Xəbər lenti
0