https://sputnik.az/20240628/azerbaycanda-novbedenkenar-parlament-seckilerinin-vaxti-aciqlandi---serencam-465678427.html
Azərbaycanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı - SƏRƏNCAM
Azərbaycanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı - SƏRƏNCAM
Sputnik Azərbaycan
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. 28.06.2024, Sputnik Azərbaycan
2024-06-28T15:35+0400
2024-06-28T15:35+0400
2024-06-28T15:44+0400
sərəncam
prezident ilham əliyevin sərəncamı
azərbaycan xəbərləri
parlament seçkisi
parlament seçkiləri
növbədənkənar parlament seçkiləri
https://cdnn1.img.sputnik.az/img/40888/00/408880054_38:0:1000:541_1920x0_80_0_0_1de4de3b2dd88c5c9cff08ec9727c2d9.jpg
BAKI, 28 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub. Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib. Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib. İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40888/00/408880054_279:0:1000:541_1920x0_80_0_0_8974dc938b1100f55088bd5afc98f782.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərəncam, prezident ilham əliyevin sərəncamı, parlament seçkisi, parlament seçkiləri, növbədənkənar parlament seçkiləri
sərəncam, prezident ilham əliyevin sərəncamı, parlament seçkisi, parlament seçkiləri, növbədənkənar parlament seçkiləri
Azərbaycanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı - SƏRƏNCAM
15:35 28.06.2024 (Yenilənib: 15:44 28.06.2024) Parlamentin iyunun 21-də keçirilən plenar iclasında Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.
BAKI, 28 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.