https://sputnik.az/20240628/azerbaycan-ile-qirgizistan-arasinda-ikiqat-vergitutma-aradan-qaldirilir-465678876.html
Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
Sputnik Azərbaycan
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb və iki... 28.06.2024, Sputnik Azərbaycan
2024-06-28T16:09+0400
2024-06-28T16:09+0400
2024-06-28T16:47+0400
azərbaycan
iqtisadiyyat
qırğızıstan
vergi
ikiqat vergitutma
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447324118_0:211:2835:1806_1920x0_80_0_0_26a071c5ca1b4045a1ce1a65592bda31.jpg
BAKI, 28 iyun — Sputnik. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır. Milli Məclisin iclasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi məsələsinə baxılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb və iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, vergi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır: "Sazişdə müxtəlif vasitələrlə əldə edilmiş gəlir və mənfəətə münasibətdə vergilərin tətbiq edilməsi şərtləri, qarşılıqlı əlaqəli müəssisələrə dair vergitutma qaydaları açıqlanır. O cümlədən dividentlərin, müxtəlif subyektlərə ödənilən faizlərin və qonorarların vergiyə cəlb olunması proseduruna aydınlıq gətirilir. Sazişin ayrı-ayrı maddələrində daşınmaz əmlak, müstəqil fərdi xidmətlər, muzdlu işdən əldə olunan gəlir, qonorarlar, müxtəlif peşə sahiblərinin əldə etdikləri gəlirlər, dövlət qulluqçuları, tələbələr, elm işçiləri və digər kateqoriyalar üzrə vergitutma qaydaları əks olunur". Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da bu Sazişi vacib və əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, bu addımlar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrimizi tamamilə yeni bir müstəviyə qaldırır. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib. İkiqat vergitutma nədir? Qeyd edək ki, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Dövlət Vergi Xidmətinin məlumatına görə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447324118_73:0:2762:2017_1920x0_80_0_0_157b45bf249cbea1d6739474f1077cfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, qırğızıstan, vergi, ikiqat vergitutma
azərbaycan, qırğızıstan, vergi, ikiqat vergitutma
Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
16:09 28.06.2024 (Yenilənib: 16:47 28.06.2024) Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb və iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, vergi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
BAKI, 28 iyun — Sputnik. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır.
Milli Məclisin iclasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi məsələsinə baxılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb və iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, vergi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır: "Sazişdə müxtəlif vasitələrlə əldə edilmiş gəlir və mənfəətə münasibətdə vergilərin tətbiq edilməsi şərtləri, qarşılıqlı əlaqəli müəssisələrə dair vergitutma qaydaları açıqlanır. O cümlədən dividentlərin, müxtəlif subyektlərə ödənilən faizlərin və qonorarların vergiyə cəlb olunması proseduruna aydınlıq gətirilir. Sazişin ayrı-ayrı maddələrində daşınmaz əmlak, müstəqil fərdi xidmətlər, muzdlu işdən əldə olunan gəlir, qonorarlar, müxtəlif peşə sahiblərinin əldə etdikləri gəlirlər, dövlət qulluqçuları, tələbələr, elm işçiləri və digər kateqoriyalar üzrə vergitutma qaydaları əks olunur".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da bu Sazişi vacib və əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, bu addımlar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrimizi tamamilə yeni bir müstəviyə qaldırır.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Qeyd edək ki, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır.