Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yusif Eyvazov və Anna Netrebkonun boşanma səbəbi məlum olub

© Photo : social media page of Yusif EyvazovYusif Eyvazov
Yusif Eyvazov - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
Boşanma barədə açıqlamada ayrılıq qərarının çətin olduğu qeyd edilib və bunun onların birlikdə çıxışlarına təsir etməyəcəyi vurğulanıb.
BAKI, 27 iyun — Sputnik. İyunun 26-da məlum olub ki, Azərbaycanın xalq artisti Yusif Eyvazov və opera divası Anna Netrebko 10 illik evlilikdən sonra ayrılıblar.
Cütlüyün ayrılma ilə bağlı rəsmi açıqlamasını Avstriyanın "Austria Presse Agentur" xəbər agentliyi yayıb. Açıqlamada ayrılıq qərarının çətin olduğu qeyd edilib və bunun onların birlikdə çıxışlarına təsir etməyəcəyi vurğulanıb.
Qeyd edək ki, ayrılıqdan sonra keçmiş həyat yoldaşları artıq "La Scala" operasının səhnəsində birlikdə çıxış etməyə müvəffəq olublar.
Rusiyanın "StarHit" nəşri A.Netrebko və Y.Eyvazovun yaxın çevrəsindən olan mənbəyə istinadən yazıb ki, opera ulduzlarının boşanmasında günahkar uzaq məsafəli münasibətlərdir.
"Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar - Yusif Bakıda çox işləyir, Anna isə daim Vyanadadır. Münasibətlər, sadəcə olaraq, özləri yoxa çıxdılar, hər şey öz-özünə baş verdi" - Rusiya nəşri öz mənbəsindən sitat gətirib və qeyd edib ki, 10 ildir evli olan cütlüyün əmlak bölgüsü ilə bağlı problemləri olmamalıdır.
Qeyd edək ki, 2014-cü ilin mart ayında Yusif Eyvazov öz Facebook səhifəsində statusunu nişanlı olaraq dəyişsə də, kiminlə nişanlandığına aydınlıq gətirməmişdi. 10 iyul 2014-cü ildə isə Anna Netrebko öz Facebook səhifəsində nişanlandığını bəyan edib. Cütlük həmin ilin fevral ayında Roma şəhərində "Manon Lesko" operasının məşqləri zamanı tanış olubmuş. 29 dekabr 2015-ci ildə Anna Netrebko və Yusif Eyvazov Vyanada nikaha giriblər. Nikah mərasimi "Koburq" sarayında (Palais Coburg), onun ardınca isə toy mərasimi "Lixtenşteyn" sarayında (Palais Liechtenstein) baş tutub.
Yusif Eyvazov son vaxtlara qədər Anna Netrebko və onun ilk nikahdan olan oğlu Tiaqo ilə Vyanada yaşayırdı.
O, 1923-cü ilin aprelində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunub.
Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur "Istituto Musicale Pareggiato Achille Peri" institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.
Xəbər lenti
0