https://sputnik.az/20240627/yukdasimada-yenilik-cinden-gelen-yuk-masinlari-6-gune-bakiya-catiblar-465640504.html
Yükdaşımada yenilik: Çindən gələn yük maşınları 6 günə Bakıya çatıblar
Yükdaşımada yenilik: Çindən gələn yük maşınları 6 günə Bakıya çatıblar
Sputnik Azərbaycan
Əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. 27.06.2024, Sputnik Azərbaycan
2024-06-27T18:19+0400
2024-06-27T18:19+0400
2024-06-27T18:19+0400
yük
iqtisadiyyat
çin
yük daşıma
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442782950_0:305:3098:2048_1920x0_80_0_0_059d45853f0e4a302c8bb02001b27c85.jpg
BAKI, 27 iyun — Sputnik. Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb. Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər. 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün "İcazə" blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442782950_288:0:3019:2048_1920x0_80_0_0_be914d79e311a7a2d54f06e8761d7b1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yük, çin, yük daşıma, qazaxıstan
yük, çin, yük daşıma, qazaxıstan
Yükdaşımada yenilik: Çindən gələn yük maşınları 6 günə Bakıya çatıblar
Əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi.
BAKI, 27 iyun — Sputnik. Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.
Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.
2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün "İcazə" blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.