Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yanvar-may aylarında Azərbaycan nə qədər qaz ixrac edib

Abunə olmaq
Bu ilin ilk beş ayında ölkədən Avropaya 5,3 milyard kubmetr təbii qaz verilib. Ətraflı Sputnik Azərbaycan infoqrafikasında oxuyun.
Cari ilin yanvar-may aylarında Azərbaycan dünya bazarlarına 10,6 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çoxdur.
Azərbaycandan Avropaya 5,3 milyard kubmetr yanacaq verilib ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 0,5 milyard kubmetr və ya 10,4% çoxdur.
Bundan əlavə, bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edib.
Bu dövrdə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə təqribən 2,3 milyard kubmetr qaz nəql olunub ki, bu da bir il əvvəlkindən 0,1 milyard kubmetr və ya 4,2% azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0