DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə MN: III Dünya müharibəsi başlayarsa, ordu istənilən ssenariyə hazırdır

© AFP 2023 / OMAR HAJ KADOURTürk hərbçiləri
Türk hərbçiləri - Sputnik Azərbaycan, 1920, 27.06.2024
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Hakan Fidanın III Dünya müharibəsi təhlükəsi ilə bağlı son açıqlamalarını şərh edən mənbələr Türkiyə Silahlı Qüvvələrinin bu gün dünyanın ən hazırlıqlı ordularından biri olduğunu bildirib.
BAKI, 27 iyun — Sputnik. Türkiyə Müdafiə Nazirliyi III Dünya müharibəsi başlayacağı təqdirdə ölkə ordusunun istənilən ssenariyə tam hazır olduğunu bəyan edib.
Bu barədə "TRT Haber" Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın III Dünya müharibəsi təhlükəsi ilə bağlı son açıqlamalarını şərh edən mənbələr Türkiyə Silahlı Qüvvələrinin bu gün dünyanın ən hazırlıqlı ordularından biri olduğunu bildirib: "Türkiyə Silahlı Qüvvələri dinamik ordudur. Dünyanın bir çox regionlarında fəaliyyət göstərir. Biz həmçinin dünyanın bir çox yerlərində sülhü dəstəkləyirik".
Xatırladaq ki, xarici işlər naziri Hakan Fidan Habertürk canlı yayımında xarici siyasət gündəmini dəyərləndirib və sualları cavablandırıb. Hakan Fidan III Dünya müharibəsi riskinin olub-olmaması ilə bağlı suala, "Düşünürəm ki, dünya bu ssenarini, bu təhlükəni ciddi qəbul etməlidir. Belə bir risk var. Biz bunu əvvəldən deyirik. Bu, həqiqətən hesablanmış bir şeydir" - deyə cavab verib.
Xəbər lenti
0