https://sputnik.az/20240627/tibbi-tullantilar-etraf-muhit-ve-insan-saglamligi-ucun-ciddi-tehluke-yaradir---nazir-465658977.html
Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır - Nazir
Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır - Nazir
Sputnik Azərbaycan
Muxtar Babayev qeyd edib ki, işğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb. 27.06.2024, Sputnik Azərbaycan
2024-06-27T18:26+0400
2024-06-27T18:26+0400
2024-06-27T18:28+0400
cəmiyyət
muxtar babayev
nazir
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
cop29
bmt
https://cdnn1.img.sputnik.az/img/42250/51/422505117_0:0:2001:1125_1920x0_80_0_0_339cbd738f2725521e75e1453e56505e.jpg
BAKI, 27 iyun - Sputnik. Tibbi tullantıların düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.Nazir tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməyin vacib olduğunu bildirib.M.Babayev həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal iş aparılır. Bu, yenidənqurma prosesinin vacib hissəsidir.Nazir Qarabağda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı üçün müasir infrastrukturun yaradılmasının əsas prioritet olduğunu, bu məqsədlə Regional Strategiya hazırlandığını qeyd edib:“İşğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb. Həmin tullantıların müasir şəkildə idarə olunması və xammal kimi təkrar istifadəsi vacibdir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir. Lakin bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması vacibdir. Bu prosesin başlanmasında UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) dəstəyini xüsusilə qeyd etmək istərdik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42250/51/422505117_0:0:1773:1330_1920x0_80_0_0_257001f22086da0046362eed938f5f2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
muxtar babayev, nazir, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, cop29, bmt
muxtar babayev, nazir, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, cop29, bmt
Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır - Nazir
18:26 27.06.2024 (Yenilənib: 18:28 27.06.2024) Muxtar Babayev qeyd edib ki, işğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb.
BAKI, 27 iyun - Sputnik. Tibbi tullantıların düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməyin vacib olduğunu bildirib.
M.Babayev həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal iş aparılır. Bu, yenidənqurma prosesinin vacib hissəsidir.
Nazir Qarabağda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı üçün müasir infrastrukturun yaradılmasının əsas prioritet olduğunu, bu məqsədlə Regional Strategiya hazırlandığını qeyd edib:
“İşğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb. Həmin tullantıların müasir şəkildə idarə olunması və xammal kimi təkrar istifadəsi vacibdir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir. Lakin bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması vacibdir. Bu prosesin başlanmasında UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) dəstəyini xüsusilə qeyd etmək istərdik".