https://sputnik.az/20240627/sgaldan-azad-olunmus-erazilere-gedenlere-xeberdarliq-465639133.html
İşğaldan azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq!
İşğaldan azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq!
Sputnik Azərbaycan
Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. 27.06.2024, Sputnik Azərbaycan
2024-06-27T14:37+0400
2024-06-27T14:37+0400
2024-06-27T14:54+0400
şuşa
azərbaycan xəbərləri
işğaldan azad edilmiş ərazilər
ağdam
ayna
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970612_0:104:2000:1229_1920x0_80_0_0_53eea7381900bb9adcd251f5a29eb5d3.jpg
BAKI, 27 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib. Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970612_112:0:1889:1333_1920x0_80_0_0_00a15f105b03aa0070c99fc2757ea352.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, işğaldan azad edilmiş ərazilər, ağdam, ayna
şuşa, işğaldan azad edilmiş ərazilər, ağdam, ayna
İşğaldan azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq!
14:37 27.06.2024 (Yenilənib: 14:54 27.06.2024) Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.
BAKI, 27 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq.
Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib. Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər.
Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.