https://sputnik.az/20240626/rutte-nato-nun-bas-katibi-vezifesine-teyin-olunub-465623661.html
Rutte NATO-nun baş katibi vəzifəsinə təyin olunub
Rutte NATO-nun baş katibi vəzifəsinə təyin olunub
Sputnik Azərbaycan
Yeni baş katib vəzifəsinin icrasına bu il oktyabrın 1-dən başlayacaq. 26.06.2024, Sputnik Azərbaycan
2024-06-26T13:23+0400
2024-06-26T13:23+0400
2024-06-26T13:23+0400
dünya xəbərləri
nato
yens stoltenberq
baş katib
mark rutte
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1a/465623905_0:0:2931:1649_1920x0_80_0_0_c63c562fce7b971b29ca0826b368dd74.jpg
BAKI, 26 iyun - Sputnik. NATO ölkələrinin daimi nümayəndələri çərşənbə günü Hollandiyanın baş naziri Mark Ruttenin növbəti dörd il üçün alyansın baş katibi vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəliblər. Bu barədə RİA Novosti xəbər yayıb.Rutte yeni vəzifəsinin icrasına bu il oktyabrın 1-dən başlayacaq.Təyinat digər namizəd Rumıniya prezidenti Klaus İohannisin namizədliyini geri götürməsindən və Ruttenin baş katib postuna yeganə iddiaçı olaraq qalmasından sonra mümkün olub.Yens Stoltenberq artıq varisinin təyin olunmasını alqışlayıb.2014-cü ildən NATO-nun baş katibi vəzifəsində çalışan Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi. lakin 2022-ci ilin martında sammit zamanı alyans ölkələrinin liderləri onun mandatının 2023-cü il sentyabrın 30-dək uzadılması barədə qərar qəbul ediblər, daha sonra bu mandat daha bir il uzadılıb. Beləliklə, onun səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1a/465623905_200:0:2931:2048_1920x0_80_0_0_9843ee169042cd921782fb58018773b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, yens stoltenberq, baş katib, mark rutte
nato, yens stoltenberq, baş katib, mark rutte
Rutte NATO-nun baş katibi vəzifəsinə təyin olunub
Yeni baş katib vəzifəsinin icrasına bu il oktyabrın 1-dən başlayacaq.
BAKI, 26 iyun - Sputnik. NATO ölkələrinin daimi nümayəndələri çərşənbə günü Hollandiyanın baş naziri Mark Ruttenin növbəti dörd il üçün alyansın baş katibi vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəliblər. Bu barədə RİA Novosti xəbər yayıb.
“Çərşənbə günü Şimali Atlantika Şurası Yens Stoltenberqin yerinə Hollandiyanın baş naziri Mark Rutteni NATO-nun növbəti baş katibi təyin etmək qərarına gəlib”, - alyansın mətbuat xidməti bildirir.
Rutte yeni vəzifəsinin icrasına bu il oktyabrın 1-dən başlayacaq.
Təyinat digər namizəd Rumıniya prezidenti Klaus İohannisin namizədliyini geri götürməsindən və Ruttenin baş katib postuna yeganə iddiaçı olaraq qalmasından sonra mümkün olub.
Yens Stoltenberq artıq varisinin təyin olunmasını alqışlayıb.
“NATO müttəfiqləri tərəfindən Mark Ruttenin varisim seçilməsini ürəkdən alqışlayıram... NATO-nu etibarlı əllərə təhvil verdiyimi bilirəm”, - Stoltenberq X şəbəkəsində yazıb.
2014-cü ildən NATO-nun baş katibi vəzifəsində çalışan Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi. lakin 2022-ci ilin martında sammit zamanı alyans ölkələrinin liderləri onun mandatının 2023-cü il sentyabrın 30-dək uzadılması barədə qərar qəbul ediblər, daha sonra bu mandat daha bir il uzadılıb. Beləliklə, onun səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.