https://sputnik.az/20240626/fransanin-ermenistani-olumcul-silahlarla-silahlandirmasi-ciddi-tehluke-yaradir---deputat-465604118.html
Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır - Deputat
Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır - Deputat
Sputnik Azərbaycan
Elşad Mirbəşir bildirib ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır. Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər... 26.06.2024, Sputnik Azərbaycan
2024-06-26T09:29+0400
2024-06-26T09:29+0400
2024-06-26T09:29+0400
deputat
siyasət
fransa
silahlanma
müdafiə nazirliyi
açıqlama
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/13/465467669_0:143:2856:1750_1920x0_80_0_0_8afe913e65d73de9fb2eb2d3a760454f.jpg
BAKI, 26 iyun— Sputnik. "Qərb Fransa vasitəsilə Cənubi Qafqaz regionunda dərin, eyni zamanda çox təhlükəli plan həyata keçirməkdədir. Ermənistana özüyeriyən “Caesar” artilleriya qurğularının verilməsi haqqında razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır". Bunu Milli Məclisin iclasında deputat Elşad Mirbəşir deyib. Deputat bildirib ki, bu, həm də onun göstəricisidir ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır: "Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir. Cənubi Qafqaz regionunun tarixində ilk dəfə olaraq, Azərbaycan dövlətinin iradəsi, Prezident İlham Əliyevin strateji baxışları sayəsində təhlükəsizlik mühiti keyfiyyətcə tamam yeniləndi. Münaqişə potensialı tarixən yüksək olan Cənubi Qafqaz regionunda ilk dəfə olaraq regional təhlükəsizlik sisteminin formalaşması imkanı yarandı. Bütün bunları Azərbaycan dövləti, Azərbaycan Prezidenti etdi. Amma Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması bir daha olduqca təhlükəli planlardan xəbər verir". "İkinci Dünya müharibəsindən sonra Almaniyanın və Yaponiyanın silahlı qüvvələrinin yaradılmasına ciddi məhdudiyyətlər tətbiq olundu. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın silahlandırılmasının təhlükəli məqsədlərini bir daha ortaya qoyur. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq" - deputat əlavə edib. "Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır" Deputat Tural Gəncəliyev də çıxış edərək deyib ki, Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır: “Cənubi Qafqazda biz sülh yaratmışıq. Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır. Təəssüflər olsun ki, bu gün özünü Napoleon hesab edən Makron yeni “Makron müharibələri” aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır. Fransa işğal altında saxladığı ölkələrdə insan hüquqları pozuntularına yol verilməsinin qarşısını almalıdır”. Müdafiə Nazirliyinin açıqlaması Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında deyilib ki, media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir. Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür. Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur. Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır. "Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq" - açıqlamada bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/13/465467669_167:0:2690:1892_1920x0_80_0_0_18c9b5c3f4be2818225fc46bc7698faa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat, fransa, silahlanma, müdafiə nazirliyi, açıqlama, ermənistan
deputat, fransa, silahlanma, müdafiə nazirliyi, açıqlama, ermənistan
Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır - Deputat
Elşad Mirbəşir bildirib ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır. Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir.
BAKI, 26 iyun— Sputnik. "Qərb Fransa vasitəsilə Cənubi Qafqaz regionunda dərin, eyni zamanda çox təhlükəli plan həyata keçirməkdədir. Ermənistana özüyeriyən “Caesar” artilleriya qurğularının verilməsi haqqında razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır".
Bunu Milli Məclisin iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, bu, həm də onun göstəricisidir ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır: "Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir. Cənubi Qafqaz regionunun tarixində ilk dəfə olaraq, Azərbaycan dövlətinin iradəsi, Prezident İlham Əliyevin strateji baxışları sayəsində təhlükəsizlik mühiti keyfiyyətcə tamam yeniləndi. Münaqişə potensialı tarixən yüksək olan Cənubi Qafqaz regionunda ilk dəfə olaraq regional təhlükəsizlik sisteminin formalaşması imkanı yarandı. Bütün bunları Azərbaycan dövləti, Azərbaycan Prezidenti etdi. Amma Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması bir daha olduqca təhlükəli planlardan xəbər verir".
"İkinci Dünya müharibəsindən sonra Almaniyanın və Yaponiyanın silahlı qüvvələrinin yaradılmasına ciddi məhdudiyyətlər tətbiq olundu. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın silahlandırılmasının təhlükəli məqsədlərini bir daha ortaya qoyur. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq" - deputat əlavə edib.
"Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır"
Deputat Tural Gəncəliyev də çıxış edərək deyib ki, Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır: “Cənubi Qafqazda biz sülh yaratmışıq. Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır. Təəssüflər olsun ki, bu gün özünü Napoleon hesab edən Makron yeni “Makron müharibələri” aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır. Fransa işğal altında saxladığı ölkələrdə insan hüquqları pozuntularına yol verilməsinin qarşısını almalıdır”.
Müdafiə Nazirliyinin açıqlaması
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında deyilib ki, media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir. Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
"Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq" - açıqlamada bildirilib.