https://sputnik.az/20240625/xaricdeki-azerbaycan-vetendaslari-nikah-zamani-tibbi-muayine-ucun-olkeye-gelmeyecek-465603969.html
Xaricdəki Azərbaycan vətəndaşları nikah zamanı tibbi müayinə üçün ölkəyə gəlməyəcək
Xaricdəki Azərbaycan vətəndaşları nikah zamanı tibbi müayinə üçün ölkəyə gəlməyəcək
Sputnik Azərbaycan
Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün... 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T19:39+0400
2024-06-25T19:39+0400
2024-06-25T19:39+0400
nikah
cəmiyyət
azərbaycan
vətəndaş
tibbi müayinə
milli məclis
tibbi ərazi bölmələrini idarəetmə birliyi
ailə məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036402_0:0:3085:1736_1920x0_80_0_0_fa105df4ddfc4d4557f44f470fad1132.jpg
BAKI, 25 iyun— Sputnik. Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşların tibbi müayinədən keçmələri üçün Azərbaycana gəlmə tələbi aradan qaldırılır. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq orqan tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Eyni zamanda tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycana gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur. Məhz bu müddəalardan irəli gələrək təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur. Həmin dəyişikliyə əsəsən Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036402_0:0:2731:2048_1920x0_80_0_0_f251476b4dba39b857759831c8e3f0de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nikah, azərbaycan, vətəndaş, tibbi müayinə, milli məclis, tibbi ərazi bölmələrini idarəetmə birliyi, ailə məcəlləsi
nikah, azərbaycan, vətəndaş, tibbi müayinə, milli məclis, tibbi ərazi bölmələrini idarəetmə birliyi, ailə məcəlləsi
Xaricdəki Azərbaycan vətəndaşları nikah zamanı tibbi müayinə üçün ölkəyə gəlməyəcək
Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycana gəlməlidirlər.
BAKI, 25 iyun— Sputnik. Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşların tibbi müayinədən keçmələri üçün Azərbaycana gəlmə tələbi aradan qaldırılır.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq orqan tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir.
Eyni zamanda tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir.
Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycana gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur. Məhz bu müddəalardan irəli gələrək təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.
Həmin dəyişikliyə əsəsən Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.