SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Ukrayna ilə bağlı danışıqlar üçün siyasi atmosferin yaranmasını gözləyir - XİN

© AFP 2024 / HANDOUT / TURKISH PRESIDENTIAL PRESS SERVICELvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş
Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Türkiyənin xarici işlər naziri bildirib ki, münaqişə geosiyasi parçalanmanın dərinləşməsi və ayrı-ayrı blokların yaranması riskini daşıyır.
BAKI, 25 iyun — Sputnik. Türkiyə Ukrayna ilə bağlı danışıqlar üçün siyasi atmosferin yaradılmasını gözləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişənin tezliklə dayandırılmasını gözləyir
"Biz gözləyirik ki, Ukrayna üzrə danışıqların başlaması üçün siyasi atmosfer tezliklə yaranacaq. Bəzi Qərb ölkələri, xüsusən də ABŞ seçki prosesinin tamamlanmasını gözləyir. Münaqişəni mümkün qədər tez həll etmək və atəşkəs üçün danışıqlar masası arxasına əyləşmək bizim tərəfimizdən İsveçrədəki sammitdə vurğulanmışdır", - Fidan Ankarada çexiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, münaqişə geosiyasi parçalanmanın dərinləşməsi və ayrı-ayrı blokların yaranması riskini daşıyır.
Xəbər lenti
0