https://sputnik.az/20240625/rusiyada-bas-veren-son-terror-akti-deputatlari-tesvise-salib-465595917.html
Rusiyada baş verən son terror aktı deputatları təşvişə salıb
Rusiyada baş verən son terror aktı deputatları təşvişə salıb
Sputnik Azərbaycan
Deputat qeyd edib ki, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin... 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T13:48+0400
2024-06-25T13:48+0400
2024-06-25T13:55+0400
milli məclis
cəmiyyət
deputat
deputatlar
terror
terror
terror aktı
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/06/18/465558472_0:28:1674:969_1920x0_80_0_0_ec4c7253e4929577f4e489fabe628c72.jpg
BAKI, 25 iyun— Sputnik. “Rusiyada baş verən son terror aktı, həmçinin, digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyət göstərir ki, təhlükəsizlik məsələsində yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib. Onun sözlərinə görə, bu mənada Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir. Deputat qeyd edib ki, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərinin bağlı qalmasıdır: “Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir”. B.Məhərrəmov əlavə edib ki, bu situasiya regionda qeyri-sağlam maraqlar güdən gücləri qane edə bilməz və ölkə daxilində 5-ci kolonun iki gündür məsələ ətrafında hay-küy salması təsadüf deyil. Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu göndərib. Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/18/465558472_172:0:1500:996_1920x0_80_0_0_34243e970fae5e15bc5fba0e24219f16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, deputat, deputatlar, terror, terror, terror aktı, rusiya
milli məclis, deputat, deputatlar, terror, terror, terror aktı, rusiya
Rusiyada baş verən son terror aktı deputatları təşvişə salıb
13:48 25.06.2024 (Yenilənib: 13:55 25.06.2024) Deputat qeyd edib ki, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərinin bağlı qalmasıdır.
BAKI, 25 iyun— Sputnik. “Rusiyada baş verən son terror aktı, həmçinin, digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyət göstərir ki, təhlükəsizlik məsələsində yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, bu mənada Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizlik baxımdan mühüm önəmə malikdir.
Deputat qeyd edib ki, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə belə təhdidlərin Azərbaycana yol tapa bilməməsinin səbəblərindən biri məhz quru sərhədlərinin bağlı qalmasıdır: “Unutmamalıyıq ki, yalnız güclü və suveren dövlət indiki həssas məqamda öz təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə bilər, o cümlədən təhlükəsizlik elementi kimi quru sərhədini bağlı saxlaya bilər. Sərhədlərlə bağlı qərar göstərir ki, ölkəmiz bu güc və imkana sahibdir”.
B.Məhərrəmov əlavə edib ki, bu situasiya regionda qeyri-sağlam maraqlar güdən gücləri qane edə bilməz və ölkə daxilində 5-ci kolonun iki gündür məsələ ətrafında hay-küy salması təsadüf deyil.
Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu göndərib.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.