CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnəklər daha süd vermirlər: Azərbaycanda kərə yağının bahalaşmasının ilginc səbəbləri

© AFP 2024 / PASCAL POCHARD-CASABIANCAFermada inəklər, arxiv
Fermada inəklər, arxiv - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.
BAKI, 25 iyun — Sputnik. Azərbaycanda kərə yağı bahalaşıb. Həm yerli həm də idxal kərə yağının qiymətində artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.
Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir.
Ümumiyyətlə, həm yerli həm də idxal kərə yağının qiyməti il ərzində bahalaşmaqda davam edib. Bəs, maraqlıdır bu bahalaşmanın səbəbləri nədir? Növbəti aylarda qiymətlərdə nə gözlənilir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkədə kərə yağının bahalaşması idxal ilə bağlıdır:
"Yerli istehsalın olmasına baxmayaraq, yerli istehsalçıların bir çoxu xammalı xaricdən gətirir. Digər tərəfdən, yerli istehsalçılar idxal məhsulların qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri artdıqca bazarda həm idxal həm də yerli kərə yağının qiyməti artır".
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 24.06.2024
İqtisadçı-ekspert Xalid Kərimli
İqlim dəyişiklikləri kənd təsərrüfatı məhsullarının qiymətini artıra bilər
Ekspert bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq qiymətləri indeksinə görə, bu ilin may ayında aylıq müqayisədə dünyada süd məhsullarının qiyməti 1,8 faiz, illik müqayisədə isə 3,5 faiz bahalaşıb: "Avropada heyvandarlıqda məhsuldarlığın azalması və digər səbəblərdən süd məhsulları dünyada bahalaşıb. FAO-nun proqnozlarına görə 2024-2025-ci illərdə dünyada süd məhsullarının qiymətinin sürətli şəkildə artacağı gözlənilmir. Lakin ümumilikdə iqlim dəyişiklikləri kənd təsərrüfatı məhsullarının qiymətini artıra bilər. Bu baxımdan idxal qiymətləri dəyişəndə yerli istehsalçılar da öz məhsullarının qiymətini dəyişdirir".
Kərə yağı istehsalı yüksəlir
Qeyd edək ki, ölkədə kərə yağı istehsalı artır. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda 11335 ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 1,7 faiz çoxdur.
DSK-nın məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycan 7821 ton kərə yağı idxal edib, 2130 ton kərə yağı ixrac edib. Azərbaycandan kərə yağının demək olar ki, hamısı Rusiyaya göndərilib.
Azərbaycan Rusiyaya kərə yağının ixracını artırıb
Xatırladaq ki, bundan öncə deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdən kərə yağı ixracının artması Rusiyada bu məhsula tələbin yüksəlməsi ilə bağlıdır: "Çünki əvvəllər Rusiya kərə yağını daha çox Qərb ölkələrindən, o cümlədən Yeni Zelandiyadan idxal edirdi. Hazırda isə həmin ölkələrdən idxal məhdudlaşıb və ona görə də Rusiya yeni bazarlar axtarır. Həmin bazarlardan biri də qonşu Azərbaycandır. Bu baxımdan Azərbaycan Rusiyaya kərə yağının ixracını artırıb".
"Digər tərəfdən, Azərbaycanda kərə yağının istehsalında artım var. Bu da nəticədə ixrac imkanlarını genişləndirir. Beləliklə, idxal mənbələrinin məhdudlaşması və ölkəmizdə istehsalın artması Azərbaycanın Rusiyaya daha çox məhsul göndərməsinə gətirib çıxardıb" - deputat əlavə edib.
Xəbər lenti
0