Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

© AFP 2024 / JEFF PACHOUDKüləkli hava
Küləkli hava - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
BAKI, 25 iyun — Sputnik. İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın 13.9-20.7 m/san olacağı gözlənilir.
Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.
Xəbər lenti
0