https://sputnik.az/20240625/evimizdeki-tehluke---hekim-xeberdarliq-edir-465606754.html
Evimizdəki təhlükə - Həkim xəbərdarlıq edir
Evimizdəki təhlükə - Həkim xəbərdarlıq edir
Sputnik Azərbaycan
Mikrodalğalı sobaların müntəzəm istifadə olunması xərçəngin profilaktikası məqsədi ilə məsləhət görülmür. 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T18:29+0400
2024-06-25T18:29+0400
2024-06-25T18:30+0400
həkim
səhiyyə
soba
mikro
xərçəng
xərçəng
xərçəng
profilaktika
https://cdnn1.img.sputnik.az/img/07e8/06/19/465606584_0:0:3160:1779_1920x0_80_0_0_56ee9e574ba1cfe29cd015d91845e918.jpg
BAKI, 25 iyun — Sputnik. Son illər elm və texnikanın inkişafı ilə həyatımıza bir çox yeni cihazlar daxil olub. Bunlardan biri də işimizi asanlaşdıran, bir çox evlərdə istifadə olunan mikrodalğalı sobalardır. Son zamanlar bu sobaların sağlamlığa ziyanının olub-olmadığı barədə ziddiyyətli fikirlər səsləndirilir. Bu gün bir çox ölkələrdə mikrodalğalı sobaların sağlamlığa zərərli və kanserogen ola biləcəyi ilə bağlı araşdırmalar aparılır. 19 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Vüsalə Tağıyevanın sözlərinə görə, mikrodalğalı sobaların birbaşa xərçəng yaratması faktı hələ ki təsdiqini tapmayıb: "Mikrodalğalı sobanın içində enerjini mikrodalğaya çevirən xüsusi hissə var. Dalğaların hədəfi sobanın içərisinə qoyulan su molekullarıdır. Bu mikrodalğalar su molekulları vasitəsilə yeməyi tez qızdırır. Bu radiasiya dalğaları birbaşa hüceyrədə DNA-ya zərər verib xərçəng yaratmasa da, bəzi hallarda xərçəngə səbəb olan dəyişiklik yaratma ehtimalı var. Sübut olunub ki, mikrodalğalı sobanın yanında olmaq sizdə xərçəng yaratmayacaq. Lakin qeyri-ionlaşdırıcı şüalanmanın bəzi formalarının bioloji təsir göstərə biləcəyi, dolayısı yolla bədxassəli şişlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıq var. Mikrodalğaların onlara aid olub-olmaması, mikrodalğalı sobada hazırlanan yeməklərin sağlamlığa təsir edib-etməməsi məlum deyil". V.Tağıyeva onu da qeyd etdi ki, ilk növbədə hər qidanı, xüsusilə, quru qidaları mikrodalğalı sobada qızdırmaq düzgün deyil. Bəzi qidalar, yaşıl tərəvəzlər, emal olunmuş ət məhsulları, tərkibində konservantlar olan məhsullar, süd və paxlalı qidalar elektromaqnit şüalanması təsirindən keyfiyyətini itirib zəhərli bir maddəyə çevrilə bilər. Eyni qidanın bir dəfədən artıq qızdırılması da qidanın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Həmçinin bu sobalarda yeməyin hansı qabda qızdırılmasının da önəmi var. Məsələn, plastik qabların qızdırılması zamanı zərərli maddələr ayrılır və qida ilə bərabər orqanizmə daxil olur. Odur ki, mikrodalğalı sobaların müntəzəm istifadə olunması xərçəngin profilaktikası məqsədi ilə məsləhət görülmür. Sağlamlığınız naminə mikrodalğalı sobaların istifadəsini minimuma endirin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/19/465606584_147:0:2878:2048_1920x0_80_0_0_8d02b3d5f7eea44cec0c192af883e0be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, soba, mikro, xərçəng, xərçəng, xərçəng, profilaktika
həkim, soba, mikro, xərçəng, xərçəng, xərçəng, profilaktika
Evimizdəki təhlükə - Həkim xəbərdarlıq edir
18:29 25.06.2024 (Yenilənib: 18:30 25.06.2024) Mikrodalğalı sobaların müntəzəm istifadə olunması xərçəngin profilaktikası məqsədi ilə məsləhət görülmür.
BAKI, 25 iyun — Sputnik. Son illər elm və texnikanın inkişafı ilə həyatımıza bir çox yeni cihazlar daxil olub. Bunlardan biri də işimizi asanlaşdıran, bir çox evlərdə istifadə olunan mikrodalğalı sobalardır. Son zamanlar bu sobaların sağlamlığa ziyanının olub-olmadığı barədə ziddiyyətli fikirlər səsləndirilir. Bu gün bir çox ölkələrdə mikrodalğalı sobaların sağlamlığa zərərli və kanserogen ola biləcəyi ilə bağlı araşdırmalar aparılır.
19 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Vüsalə Tağıyevanın sözlərinə görə, mikrodalğalı sobaların birbaşa xərçəng yaratması faktı hələ ki təsdiqini tapmayıb:
"Mikrodalğalı sobanın içində enerjini mikrodalğaya çevirən xüsusi hissə var. Dalğaların hədəfi sobanın içərisinə qoyulan su molekullarıdır. Bu mikrodalğalar su molekulları vasitəsilə yeməyi tez qızdırır. Bu radiasiya dalğaları birbaşa hüceyrədə DNA-ya zərər verib xərçəng yaratmasa da, bəzi hallarda xərçəngə səbəb olan dəyişiklik yaratma ehtimalı var. Sübut olunub ki, mikrodalğalı sobanın yanında olmaq sizdə xərçəng yaratmayacaq. Lakin qeyri-ionlaşdırıcı şüalanmanın bəzi formalarının bioloji təsir göstərə biləcəyi, dolayısı yolla bədxassəli şişlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıq var. Mikrodalğaların onlara aid olub-olmaması, mikrodalğalı sobada hazırlanan yeməklərin sağlamlığa təsir edib-etməməsi məlum deyil".
V.Tağıyeva onu da qeyd etdi ki, ilk növbədə hər qidanı, xüsusilə, quru qidaları mikrodalğalı sobada qızdırmaq düzgün deyil. Bəzi qidalar, yaşıl tərəvəzlər, emal olunmuş ət məhsulları, tərkibində konservantlar olan məhsullar, süd və paxlalı qidalar elektromaqnit şüalanması təsirindən keyfiyyətini itirib zəhərli bir maddəyə çevrilə bilər. Eyni qidanın bir dəfədən artıq qızdırılması da qidanın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Həmçinin bu sobalarda yeməyin hansı qabda qızdırılmasının da önəmi var. Məsələn, plastik qabların qızdırılması zamanı zərərli maddələr ayrılır və qida ilə bərabər orqanizmə daxil olur. Odur ki, mikrodalğalı sobaların müntəzəm istifadə olunması xərçəngin profilaktikası məqsədi ilə məsləhət görülmür.
Sağlamlığınız naminə mikrodalğalı sobaların istifadəsini minimuma endirin!