https://sputnik.az/20240625/ehmed-ehmedovun-mehkemesinde-varis-olmaq-ustunde-dava-dusdu-465598256.html
Əhməd Əhmədovun məhkəməsində varis olmaq üstündə dava düşüb
Əhməd Əhmədovun məhkəməsində varis olmaq üstündə dava düşüb
Sputnik Azərbaycan
Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib. 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T14:42+0400
2024-06-25T14:42+0400
2024-06-25T14:53+0400
əhməd əhmədov
cəmiyyət
cinayət
cinayət işi
məhkəmə
məhkəmə
bakı ağır cinayətlər məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e8/06/19/465596664_0:21:637:379_1920x0_80_0_0_5d17d1e077baab2164e83b7b29a1c9f1.jpg
BAKI, 25 iyun — Sputnik. Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib. Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin edilib. Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib. Məhkəmənin iclası qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb. İş üzrə müdafiə və zərərçəkən tərəfdən hər hansı bir vəsatət verilməyib. Hakim Əhməd Əhmədov işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib. Əhməd Əhmədov suala "Nə bilim vallah, bilmirəm ki" cavabını verib. İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/19/465596664_52:0:585:400_1920x0_80_0_0_16e2fc4a76ebddfeb985e837e757e3fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əhməd əhmədov, cinayət, cinayət işi, məhkəmə, məhkəmə, bakı ağır cinayətlər məhkəməsi
əhməd əhmədov, cinayət, cinayət işi, məhkəmə, məhkəmə, bakı ağır cinayətlər məhkəməsi
Əhməd Əhmədovun məhkəməsində varis olmaq üstündə dava düşüb
14:42 25.06.2024 (Yenilənib: 14:53 25.06.2024) Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.
BAKI, 25 iyun — Sputnik. Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs Əhməd Əhmədova Xətai rayon İcra Hakimiyyəti tərəfindən nümayəndə təyin edilib.
Zərərçəkmiş şəxslərin hər birinə hüquqi varis təyin edilib.
Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova məhkəməyə etiraz edərək, cinayət işi üzrə hüquqi varis olmasını tələb edib.
Məhkəmənin iclası qaydalarını pozduğu üçün Şəfaqət Bədəlova zaldan çıxarılıb.
İş üzrə müdafiə və zərərçəkən tərəfdən hər hansı bir vəsatət verilməyib.
Hakim Əhməd Əhmədov işin məhkəmə baxışına verilməsinə münasibət bildirməsini istəyib.
Əhməd Əhmədov suala "Nə bilim vallah, bilmirəm ki" cavabını verib.
İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.