https://sputnik.az/20240625/azerbaycanda-ilahiyyatci-azyasliya-qarsi-zorakiliq-edib-465598931.html
Azərbaycanda ilahiyyatçı azyaşlıya qarşı zorakılıq edib?
Azərbaycanda ilahiyyatçı azyaşlıya qarşı zorakılıq edib?
Sputnik Azərbaycan
Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. 25.06.2024, Sputnik Azərbaycan
2024-06-25T21:02+0400
2024-06-25T21:02+0400
2024-06-25T21:02+0400
azərbaycan
cəmiyyət
azyaşlı
azyaşlı uşaq
hacı
zorakılıq
məişət zorakılığı
seksual xarakterli zorakılıq
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_684:589:2524:1624_1920x0_80_0_0_4873b60121bd34f6b542945c7aea5495.jpg
BAKI, 25 iyun — Sputnik. İlahiyyatçı hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yeni detallar məlum olub. Sputnik Azərbaycan-ın Oxu.Az-a istinadən məlumatına əsasən, azyaşlı Ağsu rayonunda yaşayırmış və həmin vaxt dayısıgilə qonaq gəlib. Yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona seksual xarakterli hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb. Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb. Qeyd edək ki, "Qafqazinfo" ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanıldığı barədə məlumat yayıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_738:603:2440:1879_1920x0_80_0_0_c6ee1f1f144106184bf7a40f7ea9d899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, azyaşlı, azyaşlı uşaq, hacı, zorakılıq, məişət zorakılığı, seksual xarakterli zorakılıq
azərbaycan, azyaşlı, azyaşlı uşaq, hacı, zorakılıq, məişət zorakılığı, seksual xarakterli zorakılıq
Azərbaycanda ilahiyyatçı azyaşlıya qarşı zorakılıq edib?
Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
BAKI, 25 iyun — Sputnik. İlahiyyatçı hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yeni detallar məlum olub.
Sputnik Azərbaycan-ın Oxu.Az-a istinadən məlumatına əsasən, azyaşlı Ağsu rayonunda yaşayırmış və həmin vaxt dayısıgilə qonaq gəlib. Yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona seksual xarakterli hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb. Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb.
Qeyd edək ki, "Qafqazinfo" ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanıldığı barədə məlumat yayıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.