Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AİB analitikləri Aİİ ölkələrində ÜDM-in artımı ilə bağlı proqnoz açıqlayıblar

© iStock.com / Atstock ProductionsÜDM
ÜDM - Sputnik Azərbaycan, 1920, 25.06.2024
Abunə olmaq
Daha əvvəl Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç bildirmişdi ki, 2023-cü ilin sonunda Aİİ ölkələrinin ÜDM-i 3,8%, bu ilin yanvar-mart aylarında isə 5,3% artıb.
BAKI, 25 iyun — Sputnik. Analitiklər Aİİ ölkələrində ÜDM-in artımı ilə bağlı proqnozu yenidən nəzərdən keçiriblər. Avrasiya İnkişaf Bankının (AİB) təqdim etdiyi makroiqtisadi proqnozlara əsasən, 2024-cü ildə ittifaq dövlətləri arasında ÜDM-in ən yüksək artımı Ermənistanda (7,5%), ikinci yerdə Qırğızıstanda (5,5%), üçüncü yerdə Qazaxıstanda (5%) gözlənilir.
Qırğızıstanın "Tazabek" nəşrinin məlumatına görə, 2025-ci ildə, analitiklərin proqnozlaşdırdığı kimi, Qazaxıstan artım templərinə görə Ermənistanı ötəcək – müvafiq olaraq 5,5% və 4,2%. Qırğızıstanda, yenilənmiş proqnoza görə, 2025-ci ildə ÜDM artımının 5,3% olacağı gözlənilir.
Rusiyanın ÜDM-nin 2024-cü ildə 3%, 2025-ci ildə isə 1,1% artacağı gözlənilir. Belarusa gəldikdə, AİB analitikləri hesab edirlər ki, ÜDM artımı bu il 3,4%, 2025-ci ildə isə 1,1% səviyyəsində gözlənilir.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç bildirmişdi ki, 2023-cü ilin sonunda Aİİ ölkələrinin ÜDM-i 3,8%, bu ilin yanvar-mart aylarında isə 5,3% artıb.
"Avrasiya İqtisadi İttifaqında son bir neçə ildə iqtisadi göstəricilər artmaqdadır. Belə ki, 2023-cü ildə Aİİ-də ÜDM-in artımı 3,8% təşkil edib ki, bu da qlobal ümumi daxili məhsulun artımından yüksəkdir, BVF-nin hesablamalarına görə isə bu rəqəm 3,2 faizdir. Biz bu dinamikanın bu il də stabil qaldığını görürük. 2024-cü ilin yanvar-mart aylarında Aİİ-nin ÜDM-i daha 5,3 faiz artıb" - Volvaç qeyd edib.
Onun sözlərinə görə, iqtisadi artımın əsas komponentlərindən biri sənaye və sənaye kooperasiyasının inkişafıdır.
Xəbər lenti
0